Ziyarətçilərin rəyləri

Dünya Vəkil Cübbələri və Atributları Sərgisi

Bu gün Vəkillər Kollegiyasının həyatında, məhkəmə -hüquq tarixində əbədi olaraq həkk olunan unudulmaz hadisə baş verdi. 28 dekabr “Vəkil Günü” ərəfəsində ilk dəfə olaraq “Dünya vəkil cübbələri” sərgisinin açılışı baş tutdu.
Möhtəşəm sərginin təşkilində əməyi keçən hər kəsə, xüsusi ilə dəyərli həmkarım və dostum komandir Nəsibova və təcrübəli hakim Rəşid Rzayevə ölkəmizin vəkil korpusu adından öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin, tədbirin keçirilməsinə dəstək verən Mədəniyyət Nazirliyinin və Muzey Mərkəzinin rəhbərliyinə və kollektivinə Vəkillər Kollegiyası adından minnətdarlığımızı bildiririk. İndidən sonra bu sərgi hər il keçiriləcək və cəmiyyətimizə vəkillərimizin töhfəsi olacaqdır.
AR Vəkillər Kollegiyasının sədri
Anar Bağırov
17 dekabr 2021

Dünya Vəkil Cübbələri və Atributları Sərgisi

Sərgi cox maraqlı idi.Müxtəlif ölkələrin vəkillik atributlarını müqayisə etmək baxımından və vəkilliyin tarixi baxımından böyük əhəmiyyət daşıyır. “Hüquqi təhlil və araşdırmalar” İB-nin sədri
Ramil İskəndərli
17 dekabr 2021

The personal exhibition "CAN LAÇIN" of the artist YUSIF MIRZA dedicated to the first anniversary of the liberation of Lachin

A wonderful exhibition of memories, art and culture. The love for a homeland and its people.
Thank you!
Ian Peart
07 December 2021

Zəfər sərgisi

Zəfər gününə həsr olunmuş,unudulmaz, yaddaşlarda əbədi həkk olan tarixi qələbəmizə həsr olunmuş bu sərgi olduqca maraqlı və baxımlıdır. Bu sərgi ilə qürur duyuram bir rəssam kimi. Zəfərin mübarək doğma Azərbaycan! Zəfər bayramı hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Bu qələbəni bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza əvəzsiz, dərin böyük minnətdarlığımızı bildiririk. “Yaşasın Azərbaycan!!!”
Olduqca gözəl sərgidir.Qarabağ Azərbaycandır!
Sağ olun ki, belə gözəl sərgi təşkil etmisiniz.
Rəssam
Hafiz Kərimov
10 noyabr 2021

Выставка Победы

Выставка, которую мы видим в эти священные дни победы, великолепная!
Пусть наша страна Азербайджан всегда процветает!
Спасибо Музейный Центр и дорогая Лиана Везирова.
Ирина Эльдарова
06 ноября 2021

VI Международная биеннале современного искусства «Алюминий» «Ценности нашей жизни»

Миссия каждого художника – не просто отображать мир, но и осмыслить его и суметь поделиться впечатлениями с другими…
Побудить людей к размышлениям… Пригласить взглянуть на привычные вещи под необычным углом…
Мне думается, что все художники, представленные здесь, сумели это сделать.
Спасибо за выставку! Спасибо за работы!
Александр Хакимов
Писатель
20 ноября 2019

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi

Vüqar, ürəkdən təbrik edirəm. İşgüzarlığın və talantın tükənməsin!!! Heykəltaraş
Xanlar Əhmədov
09 oktyabr 2019

Персональная выставка художника Вугара Али «Ритмы красок»

Вугар Али, спасибо за удовольствие! Уношу частичку Вашей трепетной души, буйство красок, мелодию прекрасных полотен. Анна Гермес
09 октября 2019

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi

Vüqar müəllim, Sizi ürəkdən təbrik edirəm. Əsərlər möhtəşəm. Xüsusən, musiqiçilər seriyasi. Hörmətlə
Səbuhi Atababayev
08 oktyabr 2019

Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi

Əziz dostum,əsərlərinə baxdım. Oxuduğumuz illər gözümün önündə canlandı. Qəlbindəki gücü kətana ötürə bilmisən. Bax bunu axıra qədər qoru və Allahdan dilə. Məmmədhüseyndən sənə ən xoş arzular və uğurlar diləyi ilə... Məmmədhüseyn
06 oktyabr 2019