Ziyarətçilərin rəyləri
“47” Solo exhibition by Maryam Alakbarli
Dear Maryam! You are very creative and artistic! Weldone. We have enjoyed your art. With love from Singapur.Tom and Nigar Hamer
22 July 2023
Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi
Fikrət bəy! Təbrik edirəm, çox möhtəşəm sərgidir. Uğurlar olsun!Rais Rəsulzadə
Əməkdar rəssam
16 dekabr 2022
Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi
Dostumuz Fikrət bəyi sərgisi münasibətilə təbrik edirəm! İnsanın ruhunu oxşayan sənət əsərləri təqdirəlayiqdir. Milli mövzu, rəngarənglik, kompozisiyanın nustalıqla həlli çox baxımlıdır. Yeni-yeni uğurlar arzusu ilə.Oqtay Əliyev
Rəssam
16 dekabr 2022
Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi
Rəssamlıq sənətinin əsərləri ilə ön cərgəsində parlayan Fikrət İbrahimlinin sərgisində iştirak edərək onu özüm kəşf etmiş oldum. O, əsərlərində zəngin mədəniyyətimiz, tariximizin keçmişinin və bu gününün bütün çalarlarını böyük məharətlə, ustadcasına əks etdirmişdir.Dərin hörmətlə
Sərginin təşkilatçısı və ideyaçısı olan millət vəkili Qənirə xanım Paşayevanın böyük sənətkarlara diri ikən qayğı göstərib, dəyər verməyi təqlid ediləcək bir örnəkdir.
səfir Abbasəli Həsənov
16 dekabr 2022
Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi
Dəyərli Ülviyyə xanım! Sizin Azərbaycan mədəniyyətinə verdiyiniz töhfə əvəzsizdir. Təbrik edir və uğurlar arzulayıram.Sadiq Qurbanov
Milli Məclisin deputatı
28 oktyabr 2022
Персональная выставка Заслуженного художника Азербайджана Ульвии Гамзаевой «По стопам предков»
Огромное Вам спасибо за выставку! Совершенно потрясающие картины, которые можно рассматривать часами, замечая новые и новые детали. Невероятно красиво и глубокомысленно. Нам чрезвычайно повезло что мы встретили художницу, и нам удалось пообщаться. От всей души желаем ей творить дальше, неиссякаемого вдохновения, здоровья ей и всей ее семье!Преподаватели филиала МГУ имени М.В. Ломоносова в городе Баку
28 октября 2022
Персональная выставка Заслуженного художника Азербайджана Ульвии Гамзаевой «По стопам предков»
Дорогая Улвия ханум!С любовью Эльдар и Рена
Очень понравились работы!
Желаем Вам ещё больших творческих успехов! Дай Аллах Вам и всей вашей семье крепкого здоровья и долгих лет счастливой жизни!!!
28 октября 2022
Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi
Hörmətli Ülviyyə xanım! Sizi bu gözəl rəsmlərlə təbrik edirəm, sənə cansağlığı, işlərinizdə uğurlar.Hörmətlə Arif Əziz
Sizi çox sevirik.
Xalq rəssamı
28 oktyabr 2022
Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi
Çox hörmətli Ülviyyə xanım! Bu möhtəşəm sərginiz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sərgini seyr etməkdən doymaq olmur, çünki hər bir əsərin harmonik koloriti, rənglər aləmi,obraz və simvollar aləmi,insanı nağıllar aləminə aparır sanki...Rəssam
Hər bir əsərə əslində ayrıca bir gün həsr etmək olar ki,kifayət qədər seyr etmək olsun. Əlbəttə ki, sizin çox möhtəşəm zəhmətsevərliyiniz göz qarşısındadır və bəzən heyranlıq doğurur.Sərginizdən çox böyük təəssüratlarla ayrılıram.
Əbdüləmi Nadir Əliyev
28 oktyabr 2022
Dünya Vəkil Cübbələri və Atributları Sərgisi
Hər bir vəkil üçün “Vəkil Günü”ndə təşkil edilmiş bu cür möhtəşəm sərgidə ,”Dünya vəkil cübbələri və atributları” sərgisində iştirak əvəzolunmaz hədiyyədir.Təşkilatçılara təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.Hormətlə
AR Vəkillər Kollegiyasının üzvləri, vəkillər
18 dekabr 2021