Azərbaycan İstiqlal Muzeyi

Azərbaycan İstiqlal Muzeyi
 

Azərbaycan İstiqlal Muzeyinin əsası 1991-ci il, yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır.

Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyası üçüncü mərtəbədə altı (6) zalda, inzibati şöbə isə birinci mərtəbənin sol cinahındadır.

Azərbaycan Dövlət Din Tarixi Muzeyi 2018-ci ildən Azərbaycan İstiqlal Muzeyinə birləşdirilmişdir.

Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mirseyibli Sədi Aydın oğludur.

Əlaqə telefonları:
(+99412) 4988382
(+99412) 5984394
(+99412) 4939293
(+99412) 4988351
(+99412) 4933017