Arzu bağı" interaktiv kompüter proqramı

Müntəzəm bağ

Saray - ümumi kompleksin simmetriya oxu əsasında,bir qayda olaraq onun ən yüksək nöqtəsində yerləşir. Onun sahibinin başqa insanlar üzərində üstünlüyünün gözlə görünən simvoludur, və o zənginlik və qüdrət nümayiş etdirir.

Müntəzəm bağ
 

Torpağın düzənlik hissəsi.

Qonaqların içəri daxil olarkən ümumi kompozisiyanın nəhəngliyinə mat qalmaları üçün əsas giriş bağın aşağı hissəsində yerləşir.

Durğun suyu olan hovuzlar və süni göllər, fantanlar, kaskadlar və şəlalələr.

Açıq xiyabanlar.

Rəngli gumdan və çınqıldan cığırlar.

Ahəngdar yerləşdirilmiş ağac qrupları.

Müntəzəm bağ
 

Topiar(dekorativ) elementlər – qayçılanmış yaşıl sarmaşıq divarlar, labirintlər və əcaib fiqurlar. Ağacların və kolların adi qayçılanmasında onlara düzgün geometrik fiqur formaları verilir. Bunlar – şarlar, konuslar, piramidalar, kublar, dairələr, spirallar, sütunlar ola bilər. İynəyarpaqlı ağaclar – sərv və bu ailədən olan ağaclar, tünd-göy küknar, tikanlı küknar. Yarpaqlı ağaclar – pırkal, dəfnə, cökə,vələs, zeytun ailəsinə aid olan ağac, gərməşov, yemişan, zirinc, qaytarma, zoğal, qızılgül ailəsinə aid olan ağac, ağcaqayın, dekopativ gavalı və alma ağacları.

Güllərdən və otlardan gerblər, sarmaşmalar və emblemlər.

Müntəzəm bağ
 

Kiçik heykəllər və heykəl kompozisiyaları.

Park gülüstanları və çiçək ləkləri, qızılgüllər.

Müxtəlf füsünkar tamaşalar, konsertlər, ballar və mümkün olan əyləncələrlə qəbullar və maskaradlar üçün xüsusi dekorasiyalar möbcud idi: yaşıl və su teatrları, su parterləri və pilləkənləri, xəlvət kahalar, mərhəm pavilyonlar və kabinetlər, qəribə fantanlar, alleqorik heykəllər.

Landşaftın mənzərə üslubu

Sahə ətrafın relyefini, onun landşaftının xüsusiyyətlərini təkrar edir. Relyef hamar deyil: yastı sahələr, təpələr, yamaclar, yarğanlar bir-birini əvəz edir.

Assimmetriyalılıq, düz xətlərin və oxların olmaması.

Landşaftın mənzərə üslubu
 

Dolanbac cığırlar bağın ayrı-ayrı elementlərini birləşdirir. Cığırlar təbiət materiallarından salınır: xam daşdan,ağacların gövdələrinin kəsiklərindən, tapdalanmağa dayanıqlı, çınqıl və ya təbii daşdan olan trotuar plitəsi ilə örtülmüş, itburnu və zoğaldan təbii çəpərlənmiş qazondan, divarlar isə üzümlüyə sarınmışdır.

Yolların hazırlanmış sistemi mövcuddur ki, onları izləyərkən şairanə mənzərələrin dəyişməsini görmək olur. Ümumilikdə bütün bağı seyr etmək üçün bir nöqtə yoxdur, mənzərə tədricən açılır.Evlər bağın hər bir tərəfində var. Evlərin konturları otlarla örtülüb.

Landşaftın mənzərə üslubu
 

Evin yanında məxmər qazon və bağ gülləri var.

Terassanın tərtibat elementi kimi evin divarlarının yanında urnalar və nəhəng dibçəklərdən istifadə olunur.

Təcrid olunmuş bir hissədə ağac qrupları. Qollu-budaqlı köhnə ağaclar.Rənglərin və yarpaq fakturalarının uzlaşması ilə ağac və kollardan ibarət kompozisiyalar.

Çiçəkləyən kollar – jasmin, hortenziya və yasəmən.

Çoxillik güllər və qızılgüllərlə sarınmış darvaza.

Çay içmək üçün məkan.

Landşaftın mənzərə üslubu
 

Bağda bal verən güllər vacibdir. Onlar bağ sahəsinə kəpənəkləri, arıları və başqa həşəratları cəlb edəcəklər ki, bununla da dizayna tamamlayıcı gözəllik veriləcək.

Bütün hovuzlar, hətta süniləri belə parlaq ifadəli təbii xarakter daşımalıdırlar: əyri sahil xətti, təbii çərçivələnmə (xırda çay daşı, qum,suətrafı bitkilər). Nohurun ətrafı zanbaq, süsən, südləyən, ayı döşəyi çiçəkləri ilə bəzədilə bilər. Nohurun içərisində isə ağ su zanbağı. Kiçik çayların üzərindəki körpülər tağ formasındadır.

Plitə döşənməmiş çılpaq torpaq və cığır yoxdur.

Mavritaniya bağı

Bağın mərkəzində süni su hovuzu. Bu – nohur, fantan və ya kanal ola bilər. O qədər də böyük deyil, amma bağın istənilən nöqtəsindən nəzərə çarpandır.

Fantandan və ya nohurdan bağın kənarları boyu kanallarla dörd tərəfə su axır.

Mavritaniya bağı
 

Əgər bağ düzgün formadadırsa onda kanallar onu dörd bərabər kvadrata bölür. Yox əgər mavritaniya bağı ölçüsünə görə kifayət qədər böyükdürsə onda hər böyük kvadratı həmin yolla dörd bir qədər balaca kvadratlara bölmək olar.

Planlaşdırmada geometrik düzgünlük və müntəzəmlik.

Bağın planı şərq naxışlarını xatırladır.

Bitkilər bağ qayçısı ilə işlənməyib və cığırlar və su hovuzları arasındakı açıqlıqları doldurur.Boş yerlər plitə və daşlardan ibarət dekopativ döşənmə ilə doldurulur.

İnsan fiqurları və sifətlərini təsvir edən heykəllərə və fantanlara icazə yoxdur.

Mavritaniya bağı
 

Fantanlarda adətən suyu şırnaqlarla yuxarıya çox yüksəyə vurmağa imkan verəcək təzyiq yoxdur. Bu çox böyük olmayan şırildayan kiçik çaylardır ki, onlar da hovuzun içərisində yerləşdirilmiş hündür vazlardan şırıltı ilə axırlar.

Güllər və yabanı üzümə sarınmış darvazalar, qapalı tağlar və qalereyalar.

Hovuzun yanında – qızılgül bağı.

Mavritaniya bağı
 

İnteraktiv proqramın təsviri

Proqramın interfeysı iş sahəsindən və alətlər panelindən ibarətdir. Alətlər panelinin köməyi ilə lazımi bağın növünü, obyektlərin kateqoriyasını seçmək olar və iş sahəsində halhazırda fəal olan bağ növünə aid olan elementləri yerləşdirmək olar.

Arzu bağı interaktiv kompüter proqramı
 

Əgər bağın yaradılma prosesi səhv istiqamətə getsə, ayrı elementləri rədd etmək və ya iş sahəsini tamamilə təmizləyib yenidən işə başlamaq olar.

Arzu bağı interaktiv kompüter proqramı
 

İstənilən anda alınan şəkil saxlana bilər. Sonra istifadəçi əldə edilən nəticəni nəzəri materiallar ilə müqaisə edə bilər olar.

Arzu bağı interaktiv kompüter proqramı