Yaranma tarixi

 

2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzinin direktoru Liana Vəzirova Rus muzeyinin Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin, YUNESKO-nun bürosunun dəstəyi ilə təşkil etdiyi “Rus muzeyi: virtual filial” layihəsinin təqdim olunmasında Beynəlxalq dəyirmi masanın işində yaxından iştirak etdi. İş prosesində “Rus muzeyi: virtual filial” layihələr şəbəkəsinin daha da genişləndirilməsi və onun gələcək fəaliyyəti məsələləri müzakirə olundu. Azərbaycanı təmsil edən xanım Liana Vəzirova Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində informasiya-maarifləndirici mərkəzinin yaradılmasında maraqlı olduğunu təsdiq etdi.

Qeyd etmək lazımdır ki, 2006-cı il Azərbaycanda Rusiya ili kimi qeyd olunmuşdur. Beləliklə, “Rus muzeyi: virtual filial” layihəsi hər iki ölkə arasında gələcək mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edə bilərdi.

2007-ci ilin dəyirmi masasının nəticələrinə görə YUNESKO-nun Moskva bürosu mərkəzin açılması üçün yardımçı olacağını bildirdi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə layihənin həyata keçirilməsi imkanlarını nəzərdən keçirməyi təklif etdi.

Azərbaycanda YUNESKO-nun işləri üzrə Milli komitənin təklifinə uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzini “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin bazası kimi təsdiq etdi. Az sonra Sankt-Peterburqun Dövlət Rus muzeyi və Muzey Mərkəzi arasında tədris-mədəni proqramların həyata keçirilməsi və “Rus muzeyi: virtual filial” layihəsinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində yaradılması haqqında razılaşma əldə olundu.

2008-ci il, aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında YUNESKO-nun dəstəyi ilə, Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsi və Dövlət Rus muzeyi arasında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin təntənəli açılışı oldu. Sankt-Peterburqda Rus muzeyinin nümayəndələri və Bakıda açılış mərasimi iştirakçıları arasında videokonfrans əlaqə həyata keçirildi.

“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin Azərbaycanda gələcək inkişafı işin yeni forma tətbiqini və mediatekanın daim zənginləşməsini nəzərdə tutur.

Bundan əlavə Azərbaycanda “Azərbaycan Muzey Mərkəzi: virtual filial” analoji layihəsinin yaradılması nəzərdə tutulur ki, bu da Azərbaycanda bölgələrin mədəni inteqrasiyasına xidmət edəcəkdir.