Ümumi məlumat

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Muzey Mərkəzinin direktoru – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova.
Əlaqə:
(+99412) 4937287
(+99412) 4939719
Xronologiya
-
SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Muzey Mərkəzi adı ilə əvəzləndi.
-
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı ilə Muzey Mərkəzinin müdiriyyəti yaradıldı.
-
Azərbaycan rəssamlarının xatirəsinə həsr olunmuş “İthaf” sərgisi ilə Sərgi Qalereyasının açılışı baş tutdu.
-
UNESCO-nun Beynəlxalq Konfransı ilə Akt zalının açılışı oldu.
-
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin təltifolunma tədbiri ilə eyni vaxtda Dairəvi zalın fəaliyyəti başladı.