Layihənin təsviri
Dövlət Rus muzeyi Sankt-Peterburqda imperator II Nikolayın sərəncamı ilə təsis olunub və 1895-ci ilin 7(19) martından tamaşaçılar üçün açılıb, Rusiyada ilk Dövlət rus təsviri sənət muzeyi kimi fəaliyyətə başlamışdır.
İlk olaraq muzey Mixaylovsk sarayının zallarında yerləşmişdir. Son 20 ildə muzey kompleksinə Stroqanovski və Mərmər saray, Mixaylovsk (mühəndislik) qəsri , eləcə də Mixaylovski bağı daxil olmuşdur. 2002-ci ildə Rus muzeyinə məşhur Yay bağı I Pyotrun Yay sarayı ilə birlikdə, eləcə də I Pyotrun sağlığında əsası qoyulmuş ilk Rus xatirə ev muzeyi verilmişdir. Sarayların hər biri ayrı-ayrılıqda memarlıq simasına və interyerlərin tərtibatına görə təkrarsızdır. Bu məşhur tikililərin müəllifləri məşhur sənətkarlar D.Trezini, F.Rastrelli, A.Rinaldini, V.Bajenov, V.Brenna və K.Rossidir.
İndiki dövrdə Rus muzeyi sayılan elmi-tədqiqat institutu, məşhur bərpa mərkəzi, Rusiyanın ən böyük mədəni-maarif ocaqlarından biridir.
2003-cü ildən Rus Muzeyi “Rus muzeyi: virtual filial” layihəsini həyata keçirir. Layihənin məqsədi geniş tamaşaçı auditoriyasını rus mədəniyyətinin nadir incilərinə rəqəmli elektron və çap materialları vasitəsilə yaxından tanış etməkdir. Rus muzeyində rus incəsənətinin böyük şedevrləri toplanıb və bu muzey Rusiyanın əsas bədii mədəniyyət mərkəzlərindən biridir. Muzeyin kolleksiyası (400 minə qədər təsviri sənət, heykəltəraşlıq, qrafika, xalq və dekorativ tətbiqi sənət nümunələri) təkcə rus təsviri sənət tarixi haqqında deyil, həm də rus mədəniyyət tarixi, Rusiya tarixinin bədii obrazlarda tarixi deməkdir.
“Rus muzeyi: virtul filial” informasiya-maarifləndirici mərkəzi, Rus muzeyi kolleksiyasının özünəməxsus elektron analoqudur. Virtual filial öz fəaliyyətində ən yeni kompüter texnologiyalarından bəhrələnir və müxtəlif ölkələrin mədəni mühitdə bir-birinə inteqrasiyasında mühüm rol oynayır.
“Rus muzeyi: virtual filial” layihəsi Rus muzeyinin aparıcı mütəxəssislərinin elmi, maarifçilik və metodik araşdırmaları əsasında yaradılmışdır. İnformasiya və tədris mərkəzinin multimedia və çap materialları əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuşdur.
Rus muzeyinin əməkdaşlarının ibtidai məktəb və tələbələr üçün tərtib etdikləri unikal tədris proqramları muzey mühitində öz-özlüyündə yenilikdir və demək olar ki, müasir muzey işində böyük əhəmiyyəti olan bütün sferaları əhatə edir.
Müəllimlər və muzey işçilərinin multimediya texnologiyaları ilə tanışlığı onların peşəkar fəaliyyətində yeni tədris materialları və iş formasından istifadə etməyə yardımçı olacaq və onların tədris fəaliyyətlərinə müasir yanaşmalarına xidmət edəcəkdir.
Vaxt keçdikcə bütün bu proqramları Azərbaycan dilinə tərcümə etmək planlaşdırılmışdır.2006-cı ildən layihənin həyata keçirilməsində Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsi və YUNESKO-nun Moskva bürosu iştirak edir. Hazırda layihə böyüyərək Rusiyanın və xarici ölkələrin muzeylərində, universitetlərdə və əlavə tədris mərkəzlərində işləyən virtual şəbəkələrinə çevrilmişdir.
Dövlət Rus muzeyi - https://www.rusmuseum.ru