Fəaliyyət

“Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzində tamaşaçılara təklif olunur:
- təsviri sənət dünyasına virtual ekskursiyalar və səyahətlər
- muzeyin unikal memarlıq kompleksinə daxil olan saray və parklara ekskursiyalar
- mediateka fondundan istifadə etməklə dərs və məşğələlər
- muzeylərdə, kitabxanalarda, tədris müəssisələrində və səyyar məşğələlər
- rus incəsənəti və məşhur rus rəssamlarının yaradıcılığı haqqında interaktiv proqramlar, albom və kitablar
- uşaqlar üçün müxtəlif rəssamlıq texnikaları haqqında tədris proqramları
- fərdi tamaşaçıların məlumat xidməti.

 

Virtual filialın işinin əsas formalarından biri Muzey Mərkəzinin kino-teatrında multimedia proqramlarının nümayiş etdirilməsidir. Multimedia kino-teatrının seyr edilməsi həm bir dəfə, həm də bir neçə dəfə ola bilər.

Müəllimlərin, tələbələrin, pensiyaçıların sifarişi ilə tematik məşğələlər və tədris mərhələləri tərtib olunur.Məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün interaktiv oyun və öyrədici proqlamlar seçilir.

Tələbələrə pedaqoji təcrübə imkanı yaradılır.

İnformasiya-tədris mərkəzinə gələn tamaşaçılar üçün Rus muzeyi haqqında rəngarəng bukletlər və multimedia kino-teatrının proqramları nəzərdə tutulmuşdur.