Beynəlxalq müasir incəsənət layihəsi çərçivəsində, Macarıstan istehsalı «PEACE BE UPON YOU-SALAM ALEYKUM» filmin nümayişi
Niyə biz sülh içində yaşamamalıyıq?
Publi Vergili Maron
Barış sevinc və xoşbəxtlik üçündür - zülm və ehtiyac üçün deyil.
Nizami Gəncəvi
Latviya Respublikasının Azərbaycandakı Səfirliyi, Amerika Birləşmiş Ştatları, BMT, Əfqanıstan İslam Respublikası, Çex Respublikası, Gürcüstan, Macarıstan, Ukrayna, Türküyə, eləcə də Norveçin Ankaradakı Səfirlikləri ilə birgə əməkdaşlıqla və mədəniyyət sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı təşkilatları və müəssisələrinin iştirakı ilə müasir incəsənət sahəsində PEACE BE UPON YOU - SALAM ALEYKUM adlı layihə həyata keçirir.
PEACE BE UPON YOU - SALAM ALEYKUM layihəsi çərçivəsində sülhün qorunması və sülhməramlılıq mövzuları bədii formada nəzərdə tutulur. Müasir incəsənətin aktuallığı və informasiya texnologiyasinın istifadəsi sülh fəalllarının səfərbərliyinə və bütün dünyada cəmiyyətin on minlərlə nümayəndələrinin beynəlxalq təhlükəsizlik və sülhün qorunması proseslərinə cəlb olunmasına öz töhfəsini verəcək.
Müasir cəmiyyəti sülh mədəniyyətinə yenidən yönəltmək bəşəriyyətin ən vacib vəzifəsidir. Münaqişələrin sülh yolu ilə həlli beynəlxalq münasibətlərdə prioritet olaraq qalmalıdır və bu səbəbdən bu gün siyası münaqişələrin həllində mühüm strateji vasitə olan sülhməramlılığa bərabər layiqli alternativ yoxdur. Sülhməramlılıq, sülhməramlı missiyaların hərbi və ya polis tərkiblərindən daha geniş bir anlayışdır. Sülhməramlılıq ifadəsini daha dolğun və obyektiv başa düşmək üçün bu sözün ilkin, orijinal mənasına müraciət etməliyik.
Müqəddəs kitab İncildən: “Nə bəxtiyardır barışıq yaradanlar, çünki onlar Allahın oğulları adlandırılacaqlar” (Mat. 5: 9). Xristian doktrinasının postulatlarına görə, sülhməramlılıq insan fəaliyyətinin qarşılıqlı düşmənçilik üçün yer olmadığı bir dünyanı və ya sosial icmanı yaratmağın bir formasıdır. Bunun vazgeçilməz şərtlərindən biri, bütün zamanların və xalqların barışıq idealının bir növü olan sülhün bərqərar olunmasının qeyri-zorakı təbiətidir.
As-salamu ‘alaykum -“Evinizdə sülh olsun” İslamda kök salmış və müxtəlif millətlərdən olan müsəlmanlar tərəfindən istifadə olunan qədim bir ərəb salamıdır. “İnanana qədər cənnətə girməyəcəksiniz və bir-birinizi sevməyincə inanmayacaqsınız. Sizə bir şey deyimmi? Əgər bunu etsəniz bir-birinizi sevəcəksiniz. Öz aranızda sülh salamını yayın. "(Məhəmməd)
Sülhməramlılıq bir fenomen olaraq əsrlər boyu həm dini sistemlərdə, həm də Herodotun, Epiktetin, Prudonun, Kantın və s. filosofların, fəlsəfi düşüncələrində dərk edilib və elan olunurdu.
İndiki nəsil sülhməramlılığı yalnız beynəlxalq siyasi və hərbi təşkilatların beynəlxalq mübahisələri, sülhə təhlükəni aradan qaldırmaq, silahlı münaqişələrin qarşısını almaq və dayandırmaq, xüsusi ilə də onların sülh yolu ilə həlli üçün birgə fəaliyyətlər deyil, həm də geniş şəkildə beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirir.
Bu gün beynəlxalq sülh hərəkatının ideologiyası dünyanın müxtəlif yerlərində öz dəstəyini tapır. Müasir, "yeni" pasifizm, sadəcə müharibəni inkar etməklə kifayətlənmir, eyni zamanda bütün cəmiyyətin və dünya siyasətinin hərbiləşdirilməsinə etiraz etməsi ilə xarakterizə olunur.
PEACE BE UPON YOU - SALAM ALEYKUM layihəsinə Azərbaycan, Latviya, ABŞ, Çex, Gürcüstan, Macarıstan, Norveç, Ukrayna və Türkiyədən incəsənət nümunələri nümayiş etdiriləcək. Layihənin proqramına incəsənət sərgiləri, film nümayişləri, təqdimatlar, görüşlər, debatlar daxildir.
Layihənin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar rəssamı, Sabina Şıxlinskayaya aiddir.
Latviya Səfirliyi 2021-2022-ci illər NATO-nun əlaqələndirici Səfirliyi vəzifəsində Avro-Atlantik Tərəfdaşlıq Şurası daxilində Qadınlar, Sülh və Təhlükəsizlik, eləcə də sülhməramlılıq, mülki-hərbi əməkdaşlıq və həlledici infrastruktur məsələləri üzrə Azərbaycan ilə dialoqu daha da inkişaf etdirmək niyyətindədir. PEACE BE UPON YOU – SALAM ALEYKUM beynəlxalq müasir incəsənət layihəsi çərçivəsində Səfirlik ADA Universiteti ilə birgə əməkdaşlıq və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi ilə “Azərbaycanın Avro-Atlantik təhlükəsizliyə dəstəyi.Sülh və Sülhməramlılıq” adlı konfrans təşkil edəcəkdir (online/offline). Konfransın məqsədi NATO və Azərbaycan hökumətini təmsil edən mütəxəssisləri, eləcədə tələbə və gəncləri bir araya gətirərək sülhməramlılığa diqqət yetirməyi planlaşdırır.