"Muzeydə Musiqi Gecələri" layihəsi çərçivəsində keçirilən "Ustaddan tələbəyə" adlı portret- konsert

Akt zalı
14.06.2024

14 iyun saat 19:00-da Muzey Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri"nin növbəti portret- konserti keçiriləcək.

"Ustaddan tələbəyə" adlı bu dəfəki konsertin solisti ADMİU-nun gitara müəllimi Elmar Sultanovun 4-cü kurs tələbəsi Raul Hüseynovdur. Konsertdə xarici ölkə bəstəkarları ilə yanaşı Fərəc Qarayev, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Aliyə Məmmədova, Türkər Qasımzadə və Ayaz Qəmbərlinin də gitara üçün əsərləri ifa olunacaq.

Muzey Mərkəzində (3-cü mərtəbə, Akt zalı) keçiriləcək konsertə giriş sərbəstdir.