“Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi
4-5 iyul tarixində “ArtCoLab” Yaradıcı Gənclər Platformasının təşkilatçılığı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “Onun yarısı” gənc rəssamların qrup sərgisinin keçirilib.
Platformanın 5 illik yubileyinə həsr olunmuş sərgi 5 iyul tarixində Muzey Mərkəzində yerləşən Sərgi qalereyasında açılıb və 26 gənc rəssam tərəfindən ərsəyə gələn 44 əsər ictimaiyyətə təqdim olunub.
Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, yalnız bir əsər isə kağız üzərində sulu boyayla işlənmiş müxtəlif mövzulu əsərlər olub.
Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Nazirliyin Aparatının rəhbəri Mustafa Abbasbəyli, "Heydər Əliyev” ordenli heykəltaraş Ömər Eldarov, millət vəkili Ülviyyə Həmzəyeva, Könül Nurullayeva, Naqif Həmzəyev, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və İttifaqın katibi Ağəli İbrahimov, Azərbaycan Respublikasının xalq rəssamı cənab Sakit Məmmədova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini cənab Səlhab Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, “ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib.
İlk olaraq aparıcı Aysel İbrahimova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində Ömər Eldarov, Aydın Mirzəzadə, Ağaəli İbrahimov, Casiyət Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.