Afsana Habibin “Favole” adlı fərdi sərgisi

Sərgi qalereyası
04.03.2022 - 10.03.2022

Muzey Mərkəzi Sərgi Qalereyası baharın ilk günlərində sizi əfsanələr dolu sərgiyə dəvət edir.

Afsana Habibin “Favole” adlanan fərdi sərgisinin adı, italyan dilindən “nağıllar, əfsanələr” kimi tərcümə olunur. Bu baxımdan, sərginin adı, rəssamın adı ilə üst-üstə düşür: axı “favola” İtalyan dilindən tərcümədə “əfsanə” deməkdir!

Rəssam Afsana Habib, gözəlliyə qiymət verənlər üçün 62 rəsm əsərin daxil olduğu, özündə “müəmma” və “tapmaca” ideyaları, bir çox mənaları və... oyunları birləşdirən ekspozisiya hazırlayıb. Əsərlərin əksəriyyəti dünya mədəniyyətinin “Venesiya karnavalı” kimi tanıdığı unikal hadisəyə həsr edilib və bu heç də təsadüfi deyil.

Rəssamın kətanlarında karnaval geyimləri həqiqətən çox təmtəraqlıdır. Bəs bu maskaların arxasında nə gizlənir? İlk baxışdan görürük ki, bu sərgidə bəzi Venesiya obrazları, belə desək, ümumiləşdirilib; digərləri isə, nisbətən, daha konkretdir.

Karnaval maskalarının bu tapmacası çox sadə yolla həll edilir: ümumiləşdirilmiş obrazlar xəyalidir – digər sözlə, onlar büsbütün rəssamın özü tərəfindən uydurulub. Konkret obrazlar isə, bu və ya digər insanların portret təsvirləridir.

Vernisajda natural ölçülü Venesiya maskalarını da görmək olar. Onların sayı 20-yə yaxındır: sərginin demək olar ki, əhəmiyyətli bir hissəsini təşkil edir. Parlaq rənglərlə boyanmış, forma baxımından mürəkkəb və qabarıq olan bu tipik karnaval elementləri, sanki rəssamın fırçasından, onun yaratdığı əsərlərdən ayrılaraq reallaşıblar. Hər bir maska, şəxsən Afsana Habibin fantaziyası olaraq müxtəlif materiallardan yaradılmışdır. Maskaların hər biri unikal və təkraredilməzdir.

Afsana Habib Bakıda yaşayıb yaradıcılıqla məşğuldur. Uşaqlıqdan gözəllik ab-havasında böyüyüb. Afsana Habibin atası memardır və hələ uşaq ikən, Afsana atasının rəsmlərini daim böyük maraqla izləyib. Amma, böyüyəndən sonra, Afsana özünə həyatda fərqli bir yol seçməyə qərar verdi və ali təhsilini Azərbaycan İqtisad Universitetində aldı. Ali məktəbi bitirdikdən sonra, onun həqiqi təyinatı, həyat yolu, ürəyində daha üstün yer tutmağa başladı.

– Mən kənardan özümə baxdım və nəhayət, həyatda həqiqətən hansı sahəyə daha çox meylli olduğumu və hansı peşənin həqiqətən “özümünkü” adlandıra biləcəyimi anladım. Beləcə, həyatımda kətan və boyalar meydana çıxdı , – deyə, rəssam xatırlayır. – Təxminən həmin dövrdə, mən Azərbaycanın ən sayılıb-seçilən rəssamlarından biri Sakit Məmmədovun məktəbi ilə tanış olmaq şərəfinə nail oldum. O, məni öz komandasına qəbul etdi, öz ustalığının sirlərini məndən əsirgəmədi. Mən “opalizm” üslubunu çöx bəyəndim: bu isə Sakit müəllimin yaradıcılığının təkraredilməz üslubudur. Sakit müəllimin dəstəyi ilə “Opalizim” üslubun üzərində öz fərqli yaradıcılıq yolumu seçdim. Amma, əsas məsələ, onun bir ustad kimi mənə verdiyi qiymətsiz dəstəkdir. Buna görə, ona hədsiz dərəcədə minnətdaram. “Opalizm” üslubunu yaradıcılıq səylərimin peşəkar əsasını, özülünü yaratdı. Bu üslubda yaratsam da fərqli bir dəsti-xəttə nail oldum.

Parisdə Luvrda ilk sərgidən sonra Afsana Habibin yaradıcılıq bioqrafiyasında, Roma, London, Moskva, Brüssel, Tbilisi və dünyanın bir sıra digər iri şəhərlərində bir çox qrup vernisajları da yer almağa başladı. Beynəlxalq müsabiqələr iştirakçısıdır və bir çox müsabiqələr qalibidir. 2020-ci ilin baharın ilk günlərində Afsana Habib əzizlərinə, dostlarına və sənət sevərlərə – gözəlliyə və klassikaya sevgi kimi ümumiləşdirilmiş mövzu ətrafında bir araya gələn əsərlərdən ibarət geniş kolleksiyanın yer aldığı “Favole” fərdi sərgisini təqdim edir.

İnformasiya dəstəyi: trend news agency, day.az, milli.az, azernews