Beynəıxalq sərgi. Zamanını aşan miras
İnsan və Mədəniyyət Hərəkatı. Bahariyyə Sənət emalatxanasının Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi, Bakı Rəsm Qalereyasının dəstəyi ilə açılacaq olan Beynəlxalq “Zamanını Aşan Miras İpək Yolu” layihəsinin sərgisi 22 oktyabr, 2024-cü il tarixində saat 13-00-da Bakı Muzey Mərkəzində açılacaq.
Bu önəmli tədbirdə Türküstan coğrafiyasının tarixi və mədəni zənginliyini, mədəniyyətlər arası bağları və müştərək mirası özündə birləşdirən sənət nümunələri sərgilənəcək.
Türkiyə yüz illər ərzində Türk dünyası ilə münasibətlərin inkişafına töhfə verməkdədir. ”İpək Yolu” istiqamətini əhatə edən 41 sənətkar, tarix boyunca var olan mədəni mirası özündə tərənnüm edən əsərlərini bu günlərə qədər çatdırmışlar.
Sərgidə xəttatlıq, təzhib, miniatür, ebru, qələm işi (qrafik xətt), ağac oyma, sədəf düzmə, keramika, zinət əşyaları və digər “İpək Yolu” mövzusunu əhatə edən sənət nümunələri nümayiş olunacaqdır.
Tədbirin proqramı:
22 oktyabr, 2024-cü il,saat 13-00 sərgi açılışı.
23 oktyabr, 2024-cü il, saat 14-30 Panel-Rəhbəri (moderator)
Professor Dr. İlyas Kemaloğlu
Professor Dr. Okan Yeşılot
“İpək Yolunun Alternativ Düzərgahı: Zəngəzur dəhlizi”
Professor Dr. Fırat Purtaş: “İpək Yolunda Türk Mədəniyyətinin Yüksəlişi” və Türk Dövrü
Xəzər Universiteti: Dosent Dr. Araz Aslanlı: ”Tarixi İpək Yolunun bir hissəsi olaraq Trans-Xəzər işbirliyi”
Dosent Dr. Telman Nüsrətoğlu: “İqlim Böhranının İpək Yolu Yaddaşı, Üzərindəki təsiri və Türk Dövlətlərinin işbirliyi”.
Master-klass nümayişi:
23 oktyabr, 2024-cü il, saat 11-00
Xətt sənəti: Ferhat Kurlu
Kağız oyma sənəti: Meryem Güney
Ebru sənəti: Hikmet Barutçugil
Miniatür sənəti: Gülçin Anmaç