“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətin rəngləri” adlı uşaq rəsm sərgisi
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində KamART İncəsənət Qalereyasının gənc rəssamlarının yaradıcılığına həsr olunmuş “Təbiətin rəngləri” adlı rəsm hesabat sərgisi keçiriləcək. Sərginin ekspozisiyası Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunacaq.
Ekspozisiyada 6-19 yaş arası olan 31 gənc rəssamın 91 rəsmi nümayiş etdiriləcək və təsvir olunmuş rəsmlər son bir ili – 2023–2024-cü tədris ilini əhatə edir.
İnsan hər zaman təbiətdən ilham alır, ondan öyrənir. Doğma yurdumuz Azərbaycanın təbiət gözəl, zəngin və rəngarəngdir. Gənc rəssamlar da təbiətin yaratdıqlarını – heyvan və quşları, balıq və həşəratları, əsrarəngiz bitkiləri, Günəşin rənglərini, dənizin hərarətini, bir sözlə – təbiətin bütün gözəlliklərini öz rəsm əsərlərində göstərməyə çalışmışlar. Sərgidə rəsmlər müxtəlif ölçülərdə olan kağız və kətan üzərində təqdim olunmuş və müxtəlif texnikalarda hazırlanmışdır.
Sərginin keçirilməsində məqsəd – təbiətə qayğı və məhəbbətlə yanaşmağı, planetimizin flora və faunasını qorumağı təbliğ etmək, ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirmək, istedadlı gənc rəssamların üzə çıxarmaq və onlara dəstək verilməkdəndən ibarətdir.
Sərginin açılışı 11 iyun saat 17:30-da baş tutacaq. Giriş sərbəstdir.
Sərgi iyunun 12-də davam edəcək.