SAKÜDERin 20-ci ilində. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə həsr olunmuş «Anadoludan Əsintilər» adlı Azərbaycan-Türkiyə təsviri incəsənət sərgisi.
SAKÜDER Türkiyə - Azərbaycan Qardaşlığı Cəmiyyətinin Təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə 4 oktyabr, 2024-cü il tarixində saat 18-30 da Muzey Mərkəzinin Dairəvi zalında rəssamlarımızın və sənətsevərlərimizin iştirakı ilə “Anadoludan Əsintilər” adlı sərginin açılışı və “SAKÜDER- 2024” Şərəf Mükafatlarının Təqdimat Mərasimi baş tutacaqdır. Açılış mərasiminə qonaqlar, rəssamlar və bütün sənətsevərlər dəvət olunublar.
Bakıda keçirilən sayca 3-cü təsviri incəsənət sərgisində 9 türk, 16 azərbaycanlı rəssam olmaqla ümumilikdə 25 rəssam iştirak edəcək. "SAKÜDER” Türkiyə - Azərbaycan Qardaşlığı “Anadoludan Əsintilər" sərgisində tanınmış Azərbaycan rəssamları ilə yanaşı türk rəssamlarının ümumilikdə 53 əsəri təqdim olunacaq. Sərgidə Tofiq Ağababayev, Çingiz Fərzəliyev, Suğra Bağırzadə, İsa Məmmədov, Arif Hüseynov, Fikrət İbrahimli, Günəş Abbas, Aygün Ahnazarova, Bənövşə Ağayeva, Cəmilə Əkbərova, Elçin İsgəndərov, Fərəh Babayeva, Fatma Ulutan, Fatma Perihan Türkçü, Nuranə Babayeva, Nur Yıldırım, Sevda Rüstəmova, Sevinc Seles, Sibel Acar Kutlu, Təranə Qəmərlinskaya və Uras Yurdagülün əsərləri nümayiş olunacaq.
“SAKÜDER - 20 “ - Anadoludan əsintilər”sərgisi çərçivəsində mukafatlandıma mərasimi keçiriləcəkdir.
“SAKÜDER 20” - 2024 İL ŞƏRƏF MÜKAFATLARI
- Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru cənab Anar Ələkbərov
- Türkiyənin Bakıdakı səfiri cənab Assoc. Dr. Cahit Bağcı
- Azərbaycan Respublikasının Mədəniyyət naziri, cənab Adil Kərimli
- Türk iş adamı cənab Camal Yang (əvvəllər ATİB prezidenti)
- Azərbaycan – Türkyə İş Adamları Assosiasiyasının sədri, cənab Mursəl Rüstəmov
“SAKÜDER 20” - 2024 İL İNCƏSƏNƏT MÜKAFATLARI
- Xalq rəssamı Tofiq Ağababayev
- Xalq rəssamı Çingiz Fərzəliyev
- Xalq rəssamı Suğra Bağırzadə
- Xalq rəssamı İsa Məmmədova təqdim olunacaq
“SAKÜDER” olaraq incəsənəti qoruyan və əcdadlarımızın göstərdiyi sənət işığında sənəti yaşatmaq üçün sənətkarları dəstəkləmək, mədəniyyətimizi gələcək nəsillərə ötürmək və cəmiyyətimizin güzgüsü olan rəssamlarımızı, onların əsərlərini ictimaiyyətə təqdim etmək bizim ən böyük məqsədimizdir.”SAKÜDER” rəssamın fırçası,yazıçının qələmi, musiqinin səsi bir sözlə sənətçinin səsi olmaq üçün var olmağa davam edəcəkdir.