“Sülh naminə 1000 qadın”

22.09.2007

• Fotosərgi
• Dəyirmi masa

Sülh azadlıq, bərabərlik və ədalətlə yanaşı, hər bir cəmiyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. O, bəşəri bir rəmzə çevrilərək, insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur.
Sentyabrın 21-də bütün dünyada qeyd edilen Beynəlxalq Sülh Günü iştirakçı tərəflərə - hökümətlərə, müxtəlif qeyri - hökümət və beynəlxalq təşkilatlara sülh uğrunda mübarizə aparmaq, qlobal, milli və yerli səviyyələrdə sülhü qorumaq istiqamətində müxtəlif yollar aramaq üçün nadir bir imkan yaradir.
İsveçrə səfirliyinin ofisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti 21-22 sentyabr 2007 –ci il tarixində Beynəlxalq Sülh Gününü birgə qeyd etmək məqsədi ilə aşağıdakı tədbirləri keçirmişdir.
“Sülh naminə1000 qadın” sərgisinin açılış mərasimi Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində keçirilmişdir (Bakı,21 sentyabr, 2007-ci il , saat 17:00)Bütün dünyada özlərini sülhün müdafiəsi işinə həsr etmiş1000qadının foto – şəkillərini bir araya gətirən bu sərginin əsas məqsədi insanları “Yer kürəsinin1000 sülhpərvər qadını” adlı şəbəkə çərçivəsində sülh mədəniyyətinin yaradılması sahəsində bu qadınların apardığı mühüm fəaliyyət barədə məlumatlandırmaqdır.
“Sülh sənin, mənim, hamımız üçün” adlı dəyirmi masa Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil olunmuşdur (Bakı ,22 sentyabr, 2007-ci il, saat 10:00). Bu tədbirdə hökümət, qadın QHT-ləri və koalisiyaları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək, qadınların sülh təhsili və tədqiqatları ilə bağlı, eləcə də sülh məsələlərinə dair qərar qəbuletmə prosesləri və qeyri – hökümət təşkilatları tərəfindən aparılan fəaliyyətlərdəki rolunu müzakirə edib, qadın perspektivləri və təcrübələrini nəzərdən keçirmişdilər.
1981-ci ildə Birləşmiş Millətlər Təşkilatının qətnaməsi ilə Baş Assambleyanın açılış vaxtına uyğun olaraq təsis edilmiş Beynəlxalq Sülh Günü, ilk dəfə 1982-ci il sentyabr ayının üçüncü çərşənbə günü qeyd edilmişdir.2002-ci ildə bu günün 20 illik yubeleyi ilə əlaqədar olaraq, Baş Assambleya 21 sentyabrı Beynəlxalq Sülh Gününün qeyd olunması üçün dəyişməz bir tarix kimi təsdiq etmişdir.Beynəlxalq Sülh Gününü təsis edərkən Baş Assambleya belə qərara gəlmişdir ki, “Birləşmiş Millətlər Təşkilatının, ona üzv olan dövlətlərin və bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək, sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sülhə sadiqliyini sübut edən xüsusi bir vaxt təyin etmək və möhkəmləndirməyə həsr olunmalıdır.”
BMT-nin Baş Katibi Ban Ki –mun Beynəlxalq Sülh Günü ilə əlaqədar öz müraciətində yerli vaxtla günorta saat 12-də bir dəqiqəlik sükut etməyə çağıraraq , Baş Assambleyanın münaqişə aparan tərəflərə bu günün qlobal atəşkəs və qeyri-zorakılıq günü kimi qeyd edilməsi haqqında müraciətini bir daha xatırladır. O deyir: “Gəlin Beynəlxalq Sülh Günündə sülhü özümüz üçün sadəcə prioritet məsələ deyil, həyat amalı etməyə söz verək. Gəlin harada oluruqsa olaq, əlimizdən gələn hər vasitə ilə ilin bütün günlərini sülh gününə çevirmək üçün daha çox çalışacağımıza söz verək”