“Mənım qızıl şəhərım” virtual sərgi

17.05.2020

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Evdəqal proqramı və virtual sərgilərin keçirilməsini nəzərdə tutan "Nostalji" layihəsi çərçivəsində paytaxtımız Bakının keçmişinə və müasir gününə həsr olunmuş üçüncü virtual sərgisini təqdim edir. Artıq ictimaiyyətə iki sərgi- "Abşeron bağları" və "Ev natürmortu" adlı sərgilər nümayiş olunub.Bu gün sizə "Mənim qızıl şəhərim" adlı üçüncü sərgini təqdim edirik.

"MƏNIM QIZIL ŞƏHƏRIM"

Hazırda biz, evdə karantin əsirliyində oturub, ilin bu ərəfələrində bütün rənglərə boyanaraq, xüsusilə gözəlləşən Bakının küçə və prospektləri üçün darıxırıq. Nadinc uşaqlar həyətlərdə, parklarda gəzməyə can atarkən, böyüklər, hər kəs öz düşüncəsinə xas keçmiş xəyallara dalır, lakin bizi birləşdirən ümumi nə isə var - bu Bakıdır, gəncliyimizin şəhəri...Keçmişin qızıl dumanında, ötən günlərin Bakısı bizim qarşımızda dayanır - xəyallarımızın, nağıllar və böyük arzuların şəhəri ...Uşaqlığın xoşbəxt günləri, yay tətili və imtahan öncəsi son məktəb günləri və may bayramları...Maraqlı gəzintisi olan səsli tramvaylarda, gurultulu trolleybuslarda bahar günəşi altında çiçəklənən şəhəri müşahidə etmək...Yerli gözəllərin parlaq geyimləri, Abşeronun sehrli rəngarəng qanadlı quşları-şanapipiklər... Mavi buxta üzərində ağ yelkənlər, bulvarın həmişəyaşıl ağacları və "Bakı Venesiyası"-nın demək olar ki, oyuncaq sayağı qayıqları..."Mirvari"-nin nəhəng örtüyü, funikulyorun kiçik vaqonları, "Çinar" restoranının dalğavari, uçan fasadı....Qız qalasının günəşdən qaynar gövdəsi, İçərişəhərin daş döşəməli küçələri və "İtalyansayağı" həyətlər... Bütün bunlar zamanın qızılı layları arasından hazırda şahidi olduğumuz bu xüsusi mühiti yaratmışdır.

Keçmişin bu misilsiz abu-havasını bizim virtual sərgimizin ekspozisiyasına daxil olan - Vüqar Əli, Eldar Babazadə, Fuad Manafov, Nazim Yunusov, Elmar Ağamirzə, Tamilla Qasanova, Azər İslam, Elçin Bünyadov kimi rəssamlar öz əsərlərində yaradırlar. Musiqi müşayiəti qismində Boris Qrebenşikovun ifasında mükəmməl cənnət-şəhər haqqında danışan "Qızıl şəhər" musiqisi (musiqinin bir versiyası Françeska Kanova de Milanoya, digəri-Vladimir Vavilova, şerin sözləri Anri Voloxonskiyə məxsusdur.) seçilmişdir. Musiqinin sərgimizə simvolik olaraq verilən adı, daha dəqiq desək Voloxonskinin şeri rəssam Boris Akselroda emalatxanasında "Yer üzündə cənnət bağı" mozaik pannosunu yaradarkən, şairin əsərdən ilhamlanmasından yaranmışdır.

18 may tarixindən Azərbaycanda karantin qaydalarında növbəti yumuşalma elan olundu və indi bu gözəl yaz günlərində ictimaiyyət üçün həmçinin, paytaxtımızda da bağlar və parklar açıldı.

Ümid edək ki, karantin bitdikdən sonra hər şey yaxşılığa doğru dəyişəcək və Bakıda, bu şəhəri əhatə edən keçmiş inanc, ümid və sevgi ruhu daha da güclü hiss olunacaq. Qoy şəhərimizi həmçinin, bizim sərgimizdə də bütün dünyada görsünlər.İstəyirik ki, Bakını dünyada "ilk notlarından", ən tanınmış memarlıq abidələrindən tanısınlar. Gəlin şəhərimizi arzular şəhərinə çevirək!

Layihənin kuratoru və ideya müəllifi: Liana Vəzirova, Muzey Mərkəzinin direktoru
Layihənin koordinatoru: Samirə Nuriyeva, Muzey Mərkəzi Sərgi Qalereyasının ekspozisiyasının müdiri.
Materialların yığılması: Dürdanə Qurbanova, Muzey Mərkəzi Sərgi Qalereyasının baş nəzarətçisi.
Mətn: Nailə Bənnayeva, sənətşünas, jurnalist
Dizayn: Fəxriyyə Məmmədova, rəssam, dizayner, fotoqraf