“Ev natürmortu” virtual sərgi

05.05.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi “EvdəQal” proqramı çərçivəsində, paytaxtımız Bakının keçmişinə və müasir gününə həsr olunmuş virtual sərgilərin keçirilməsini nəzərdə tutan "Nostalji" adlı layihəsinin ikinci sərgisini keçirir. Yaxın zamanlarda sosial şəbəkədə layihənin ilk sərgisi “Abşeron bağlar” tamaşaçılara təqdim olundu.

“Nostalji” layihəsinin əsas konsepsiyasına - parlaq, səsli-küylü, rəngarəng, özündə bir çox dövrlərin memarlıq xüsusiyyətlərini, müxtəlif xalqların mədəniyyətini, bir çox nəsillərin ruhunu birləşdirən Bakı mövzusu daxildir. Burada hər bir tamaşaçı müxtəlif dövrlər üçün xarakterik olan və ya əksinə əbədi və zamandan kənar öz Bakısını görə bilər. Gündüz yaxud gecə, yaylı və ya qışlı, muğamlı ya da cazlı, sarayları və ya çimərlikləri və daha nələri, nələri olan Bakını... "Nostalji"-bu rəssamların təqdimatında özünəməxsus xatirə kaleydoskopudur. O, yalnız yaşlı nəsil üçün deyil, həm də öz şəhərini iyirmi, otuz il, lap elə yetmiş il öncəki vəziyyətini görmək marağında olan gənclər üçün də nəzərdə tutulub.

Beləliklə, bugünki sərginin mövzusu-"Ev natürmortu" -dur.

Məcburi özünü təcrid zamanı hər birimiz ömrümüzün kifayət qədər böyük hissəsini keçirdiyimiz mühitə daha çox diqqət yetirməyə başlayırıq və indi pandemiya dövründə işi evdən çıxmaqla əlaqəli deyilsə, demək olar ki, hər kəs gününün böyük hissəsini doğma məkanında – evində keçirir. Söhbət bizim evimizdən- hazırda "böyüdüyümüz", bir tərəfdən- daha çox dəyərləndirməyə başladığımız, digər tərəfdən-nələrisə dəyişmək istədiyimiz evimizdən gedir.

Hər bir kəsin evi ildən-ilə insanın özü ilə dəyişir, məişətin bəzi əşyaları isə həyatımızın hansısa dövrünədək həqiqi mənada yoldaşımıza çevrilir. Onlar təkcə gözəl görünmürlər, həm də qəlbimizi isidirlər. Onlara baxdıqda, həqiqətən də hansısa illər, insanlar, hadisələr yada düşür. Uzaq keçmişə nostalji hislər bəsləyərək, incəsənət tarixində natürmortun niyə bu qədər qiymətləndirilməsinin səbəbini daha yaxşı anlayırıq.

İngilis dilindən bu janrın adı "donmuş həyat" kimi tərcümə olunur. Bu "hərəkətsiz anın" bizim sürətlə irəliləyən əsrimizdə bu cür dəyərləndirilməsi ilə bağlı ola bilərmi? Bu janrın altqatı olan ev natürmortu ikiqat qiymətlidir, belə ki, o, özündə dövrün daha aydın və fərdi izlərini daşıyır. Holland rəssamların bu janrda olan əsərlərini xatırlamaq kifayətdir.

Natürmort həmçinin, üzərində təsvir olunan əşyalar haqqında hədsiz dərəcədə müxtəlif fikirlər yürütməyə imkan verdiyi üçün cəlbedicidir.

aydın şəkildə əks etdirir, bunlardan ən əsası- əşyalar vasitəsilə ötürülən zamanın yaddaşıdır.

Azərbaycanlı sənətkarlar da, natürmort janrına çox diqqət yetirirlər. Bu və ya digər dərəcədə demək olar ki, əksər rəssam özünü bu janrda sınamış, bəziləri isə hətta natürmortu öz yaradıcılığının əsas janrına çevirmişlər. Hazırki sərgi çərçivəsində sizə Toğrul Nərimanbəyov, Fuad Qafar, Ənvər Əsgərov, Nazim Bəykişiyev, Yavər Sultanov, Tofiq Qəzənfər, Məlik Ağamalov, Vədud Müəzzin, Rafael Abbasov, Namiq Məmmədov, İrina Eldarova, Natiq Fərəcullazadə, Vüqar Muradov, Niyaz Nəcəfov, Vüqar Əli, Arzu Rzayev, İnna Kostina, Zakir Əhmədov Mir Azər Abdullayev, Anar Hüseynzadə, Rəşad Cabarov, Leyla Altunay, Cəlal Ağayev, Ayan Əziz Məmmədova, Bəhruz Kəngərli, Tamilla Həsənova, Abbas Məmmədov, Samirə Allahverdiyeva kimi fırça ustalarının əsərlərindən zövq almağı təklif edirik. Sizi gözəl nostalji hislərlə dolu, müxtəlif dövrlərin əşyaları və doğma təbiətin bəxşişləri gözləyir.

Müasir günümüzdə natürmort janrının cəmiyyətdə böyük populyarlıq qazanması onunla izah olunur, o, evlərin bəzədilməsində ən çox istifadə olunan rəsm janrıdır. Natürmort estetikdir - rahatlıq, əmin-amanlıq saçır, çətin vaxtlarda “çatışmayanı” bəxş edir. Ümid edirik ki, bu sərgi pandemiya günlərində sizi arzusunda olduğunuz, müsbət enerji və emosiyalara kökləyəcək.

Rəssamlar:
Toğrul Nərimanbəyov
Fuad Qafar
Ənvər Əsgərov
Nazim Bəykişiyev
Yavər Sultanov
Tofiq Qəzənfər
Məlik Ağamalov
Vədud Müəzzin
Rafael Abbasov
Namiq Məmmədov
İrina Eldarova
Natiq Fərəcullazadə
Vüqar Muradov
Niyaz Nəcəfov
Vüqar Əli
Arzu Rzayev
İnna Kostina
Mir Azər Abdullayev
Anar Hüseynzadə
Rəşad Cabarov
Leyla Altunay
Cəlal Ağayev
Afsana Habib
Bəhruz Kəngərli
Abbas Məmmədov
Tamilla Qasanova
Samirə Allahverdiyeva

Layihənin kuratoru və ideya müəllifi: Liana Vəzirova, Muzey Mərkəzinin direktoru.
Layihənin koordinatoru: Samirə Nuriyeva, Muzey Mərkəzi Sərgi qalereyasının ekspozisiyasının müdiri.
Materialların yığılması: Dürdanə Qurbanova, Muzey Mərkəzinin Sərgi Qalereyasının baş nəzarətçisi.
Mətn: Nailə Bənnayeva, sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Dizayn: Fəxriyyə Məmmədova, rəssam, dizayner, fotoqraf