Rəssam Vədud Müəzzinin fərdi sərgisi
22.05.2019 - 31.05.2019Tədbirin təntənəli açılışı: 22 may 18:30, Dairəvi zal
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi
Çoxsaylı müraciətləri nəzərə alaraq, Rəssam Vədud Müəzzinin fərdi sərgisi 31 may 2019-cu il tarixinədək uzadılır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar ittifaqı və Muzey Mərkəzinin dəstəyi ilə 22 may 2019-cu il, saat 18:30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında "Vədud Müəzzin"-in fərdi sərgisi keçiriləcəkdir. Vədud Müəzzin 1960-cı ildə İranin Ərdəbil şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəssamlıqa həvəs göstərən Vədud bu istiqamətdə özünü sınamağa başlamış və məktəb illərində müxtəlif nəaliyyətlər əldə etmişdir. Məktəbdən sonra rəsm üzrə təhsilini Tehran İncəsənət Universitetinin Dekorativ İncəsənət fakultəsində davam etdirmişdir. Bununla kifayətlənməyən rəssam təhsilini təkminləşdirmək üçün Türkiyənin Memar Sinan Universitetinə daxil olur və müstəqil yaradıcılığa-özünü ifadəyə qədəm qoyur. Rəssam Vədud Müəzzin fəaliyyətlərini nümayiş etdirmək məqsədi ilə müxtəlif yerlərdə sərgilər təskil etmişdir. İranın bir çox şəhərləri ilə yanaşı Avropa, Amerika və Kanada ölkələrində də fərdi və qrup şəklində sərgilərdə iştirak etmişdir. İranda onun rəsm əsərlərindən təşkil olunmuş dörd cilddən ibarət kitab nəşr olunmuşdur. Vədud eyni zamanda pedaqoji fəaliyyət göstərərək rəssamlıq və musiqi sahəsinin sirlərini tələbələrinə öyrətməyə davam edərək, neçə-neçə rəssamlar və musiqiçilər yetişdirmişdir. Vədud Müəzzin 2002-ci ildə Azərbaycanın keçmis prezidenti ulu öndər Heydər Əliyev cənablarının əmri və iştirakı ilə Bakıda sərgi təşkil etmişdir. Onun ikinci və üçüncü sərgiləri isə 2013 və 2018-ci illərdə Bakıda təşkil olunmuşdur. Vədud Müəzzin rəssamlıqla yanaşı heykəltəraşlıq və musiqi sahələrində də özünü sınamışdır.Və çoxlu sayıda heykəlin müəllifidir. Bu sərgidə rəssamın realist janrında yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri sərgilənəcəkdir. Sərgidə mənzərələr, natürmortlar həmçinin portretlər və ictimai mövzularda yaratdığı əsərlər nümayiş olunacaq. Rəssamın bu günə qədər təşkil etdiyi sərgilərdən fərqli olaraq bu sərgidə yağlı boya əsərləri ilə yanaşı , akvarel texnikasında yaratdığı Qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlərdə yer alacaqdır.
Sərginin açılışı : 22 may saat 18:30 baş tutacaqdır. Giriş sərbəstdir !
Sərgi 22-26 may 2019-cu il tarixlərində açıq olacaqdır. İş saatları : 10.00 - 18.00-dək.