Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş türk musiqi alətlərinin təqdimat mərasimi

15.03.2019

Akt zalı
Vaxt: 10:30
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Muzey Mərkəzi

15 mart, saat 11.00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey Mərkəzinin Akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş türk musiqi alətlərinin təqdimat mərasimi keçiriləcəkdir.
Mərasimdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Türkiyə vətəndaşları - Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 ədəd - cura, tütək, Qara dəniz kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) türk musiqi alətlərini hədiyyə etdiyini qeyd edəcək. Sonra söz Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayevə veriləcəkdir.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın çıxışları nəzərdə tutulmuşdur. Tədbir zamanı Selcuk Akat daha 2 ədəd türk musiqi alətini muzeyə hədiyyə edəcəkdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Munis Şərifov, Azərbaycan Respublikasının Xalq artisti, solist Nuriyyə Hüseynova, Azərbaycan Respublikasının Əməkdar artisti) Azərbaycan və türk musiqisindən ibarət konsert proqramı ilə çıxış edəcəkdir.