“Ənənədən gələcəyə” Bakı Milli Geyim evinin yeni kolleksiyasının təqdimatı

15.03.2019

Dairəvi zal
Vaxt: 19:00
Təşkilatçılar: Bakı Milli Geyim evi, Muzey Mərkəzi

Martın 15-i, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək.
Tədbirin təşkilatçıları Bakı Milli Geyim evi və Muzey Mərkəzidir.
Bu haqda geyim evinin təsisçisi və direktoru, modelyer Könül Vəlibəyli məlumat verib. Onun sözlərinə görə, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq.
Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak edəcəklər.

Kolleksiyanın nümayişi saat 19.00-da, Muzey Mərkəzinin Dairəvi zalında (4-cü mərtəbə) baş tutacaq.

Maraqlananlar dəvət olunur!
Giriş sərbəstdir.