“Maestro and Artists” Xalq rəssamı Arif Əzizin 75 illiyinə həsr olunmuş sərgi
15.01.2019 - 18.01.2019Tədbirin təntənəli açılışı: 15 yanvar 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsi, Muzey Mərkəzi
15–18 yanvar 2019-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Azizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisi keçiriləcək.
Arif Azizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam edən “Maestro & Artists” qrup sərgisi, Arif Azizin 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində Rəssam-Maestro öz tələbələrinin əhatəsində təqdim olunur. “Maestro & Artists” sərgisində Arif Azizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə və məkanda bir neçə ustad rəssam nəslini birləşdirir.
Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. Hələ keçmiş əsrin 70-ci illərindən başlayaraq Arif Aziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərmişdir. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə davam etmişdir. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətinə başlayan Arif Azizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var.
Maestronun fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.
İştirak edən rəssamlar: Hacıəmi Atakişiyev, Elşad Əliyev, Bayram Hacızadə, Balağa Məmmədov, Beydulla Kərimov, Elçin Orucov, Etibar Nəzərov, Sevil Əliyeva, Alağöz Salahova, Vəfaqət Babayeva, Oqtay Quliyev, Aysel Aziz, Vüqar Əli, Mir Azər Abdullayev, Ülvi Abdullayev, Lalə Abdullayeva, Sevinc Ələsgərova, Fəxriyyə Məmmədova, Şəhla Qəhrəmanlı, Əli Herişçi, Kamil Qəhrəmanlı, Fəxrəddin Qəhrəmanlı, Xatirə Hüseynova, Fuad Fərəcov, Vüsal Bağırov, Ayan Aziz-Məmmədova, Sevinc Allahverdi, Mərziyə Kərimli, Betule Ağayeva, Fəridə (Tilya) Məmmədova, Sabina Ali, Şəbnəm İsmayılova, Lalə Şıxəliyeva, Nəzakət Əhmədova, Faiq Qəmbərov, Toğrul Ağababayev, Rəşad Cabbarov, Faiq Dadaşov, Umay Məmmədzadə, Sevinc Hüseynova, Aysel Əmirova, Orxan Atakişiyev, Aytən Abdullayeva, Adios Mariachi, Ləman Məmmədova, Aydan Əliyeva, Lalə Muradova, Ofeliya Salahova, Rəna Əliyeva, Şəhla Abbasova, Nəsimi Əliyev, Aytən Hüseynova, Cəmilə Babayeva, Səkinə Bağırova, Bahattin Dinc, Ülkər Bayramova, Nuranə Cəfərova, Ayləl Heydərova, Məryəm Hümbətova, Aydan Məmmədova, Afət Mirzəyeva, Vüsalə Muradova, Nərmin Bakas, Sayalı Quliyeva, Nigar Quluzadə, Sevinc Qurbanova, Aygül Səfərli, Tahir Çelikbağ, Gülnaz Mədətova, Afaq Zülfüqarova, Sevda Bağırova, Qızqayıt Elmanqızı, Səkinə Baxşəliyeva, Aysel Mansurova, Rəvanə Kamilzadə, Azər Əliyev, Zöhrab Cabbarov, Gülçin Məlikova, Jalə İbrahimova, Şərqiyyə Əfəndizadə, Bəhram Bağırzadə, Vəfa Nadirqızı, Məlahət Kərimova, Mərcanə Əmrahova, Orxan Zülfüqarov, Məhyəddin Seyidov, Pərviz Heydəroğlu
Sərginin təntənəli açılışı: 15 yanvar, saat 19:00
Giriş sərbəstdir
Sərgi yanvarın 18-ə qədər davam edəcəkdir.
İş saatları: 10.00 - 18.00