«Söz» ədəbi layihəsi çərçivəsində Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş “Etiraf” adlı gecə
24 dekabr, saat 19.00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Söz" layihəsi çərçivəsində, Muzey Mərkəzi, Asan Radio və "dOM" Teatrı Sizə Muzey Mərkəzinin Akt zalında "dOM" Teatrının Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş "Etiraf" adlı tədbiri təqdim edəcəklər. Gecə interaktiv üslubda keçiriləcək və burda tamaşaçılar da bütün gedişatın ayrılmaz hissəsinə çevriləcəklər. "Söz" layihəsinin bütün dost və qonaqlarını Mişfiqin ölməz poeziyasının gənc aktyorların tərəfindən gözlənilməz və standartlardan uzaq təqdimatına dəvət edirik. Əziz dostlar, siz də bizə qoşulun! dOM Teatrı Tərlan Rəssulov tərəfindən 2016-cı ildə teatr aləmində yeni və alternativ metodika və üslubların yaradılması və inkişaf etdirilməsi məqsədilə yaradılmışdı. İndiki zamanda dOM Teatrı Azərbaycanda ilk və hələ ki, yeganə interaktiv teatrdır. Teatrın işləri siyahısında əlilliyi olan insanlar üçün İcma Teatrının yaradılması, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının dəstəyi ilə “Limbo” immersiv tamaşası, “Poliqon” yaradıcılıq platforması və s. vardır. “Poliqon” Yaradıcılıq Platforması dOM Teatrı, Actor Agency təşkilatı tərəfindən, ASMART Creative Hub və Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə yaradılmışdır. Bu platforma teatr və kinoda yeni, alternativ istiqamətlərin yaradılması, həyata keçiriməsi və inkişaf etdirilməsi məqsədilə yaradılmışdı. Burda ifaçılıq sənətində eksperimentlər üçün virtual məkan yaradılması, teatr sahəsində təcrübəsi olmayan gənclər üçün yeni təhsil metodika və üslublar tətbiq edilməsi nəzərdə tutulur. Hazırda platformada yeni aktyor texnikası – spontan aktyor oyunu təcrübədən keçirilir. Bu yeni metodika təkcə aktyor oyununa aid deyil, həmçinin, teatr bir anlayış kimi, teatrın müasir cəmiyyətdə əhəmiyyəti, funksiyası və roluna olan yeni münasibətin formalaşmasına xidmət edir. Burda keçirilən treninq və ustad-dərslər Andre Antuan və Antonen Artodan başlayaraq Auqusto Boal və Yakov Morenoya qədər müxtəlif teatr üslubları və metodikaları tədris edilir. Spontan aktyor texnikası artıq müxtəlif variantlarda bir neçə layihədə – YARAT İncəsənət Mərkəzində nümayiş olunan “Error”, “Şağ” interaktiv tamaşalarında, o cümlədən “Limbo” immersiv tamaşasında sınaqdan çıxarılmışdır. dOM Teatrının bütün bu layihələrində “Poliqon” Platformasında təhsil alan tələbələr iştirak etmişlər. “SÖZ” Ədəbi Layihəsinin və dOM müstəqil teatrının birgə təşəbbüsü ilə təqdim olunan tədbir Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr edilib. Tədbir interaktiv üslubda keçirilir və burada seyrcilər baş verənlərin ayrılmaz hissəsi və birbaşa iştirakçıları ola bilərlər. Giriş sərbəstdir.