“Rənglərin qardaşlığı” Türk və Azərbaycan rəssamlarının sərgisi
19.10.2017 - 20.10.2017Tədbirin təntənəli açılışı: 19 oktyabr 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi
Oktyabrın 19-da, saat 19:00-da Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Rənglərin Qardaşlığı” adlı rəsm sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Türkiyə və Azərbaycan rəssamlarının qardaşlaşmış şəhərlər – Bakı və İzmirə həsr olunmuş əsərləri nümayiş etdiriləcək.
Səfirliyin Mədəniyyət müşavirliğinden verilen melumata görə, Türkiyənin Azərbacandakı dimlomatik nümayəndəliyi iki qardaş ölkə arasında iqtisadi, sosial və mədəniyyət sahəsində əlaqələrin inkişaf üçün göstərilən səyləri dəstəkləyir və təşfiq edir: “Təbii ki, müsbət məcrada inkişaf edən əlaqələrin hazırki səviyyəsi bizi qane edə bilməz. Xüsusilə mədəni müstəvidə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişlənməsinə və dünyada baş verən qlobal təlatümlər fonunda iki qardaş ölkənin bir-birinə daha da bağlanmasına ehtiyac var. Bu mənada, incəsənətin müxtəlif növlərində müştərək layihələrin həyata keçirilməsi ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalıyıq”.
Müşavir qeyd edib ki, təbiətin və həyatın rəngələrini, cizgilərini özündə birləşdirən rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulması həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir addımdır: “Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan arasında “Rənglərin qardaşlığı” da əbədidir. Təbii ki, bu fikrin müxtəlif təşəbbüslərlə davamlı olaraq ifadə olunması, təkrarlanması zərurəti var. Mədəniyyət və incəsənətin müxtəlif növlərində yaradıcı təşəbbüslərin Türkiyə və Azərbaycanın ortaq fəaliyyəti ilə reallaşması hər iki qardaş ölkə xalqlarının içində yaşayan “bir millət” anlayışının daha da bütövləşməsi və zənginləşməsinə imkan verəcək”.
Mədəniyyət müşaviri məlumat verib ki, Bakı Yunus Əmrə İnstitutu ilə İzmir-Balçova Bələdiyyəsinin başlatdığı və Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin dəstək verdiyi “Rənglərin Qardaşlığı” adlı rəsm sərgisi çərçivəsində may-iyun aylarında hər iki ölkədən, ümumilikdə 18 rəssam İzmirdə bir araya gəlmişdi.
Müşavir əminlik ifadə edib ki, Bakıda keçirilən növbəti sərgi Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra qardaşlaşan Bakı və İzmir arasında əlaqələri daha da möhkənləndirəcək. Qeyd edək ki, rəsm sərgisinin kuratoru tanınmış azərbaycanlı rəssam Gunay Mehdizadədir. Sərgidə Azərbaycandan adıçəkilən rəssamla yanaşı Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizdə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu Uğraş və Cavid Əliyevin əsərləri nümayiş olunur.
Sərgi 2 gün davam edəcək və oktyabrın 20-də başa çatacaq.