Gənc rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi
08.02.2017 - 11.02.2017Tədbirin təntənəli açılışı: 08 fevral 19:00, Dairəvi Zal
08 fevral giriş dəvətnamə ilədir
Sərginin iş saatları: 09 – 11 fevral, saat 10:00-dan 18:00-dək
Sərgi Qalereyası
Təşkilatçılar: Muzey Mərkəzi
8 fevraldan 11 fevrala kimi Azərbaycan respublikası mədəniyyət və turizm Nazirliyinin Muzey mərkəzinin Sərgi qalereyasında “Minabi – Kainat Naxışları” ilk fərdi sərgi keçiriləcəkdir və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaqdır.
“Minabi - Kainat Naxışları” sərgisi müəllifi əhatə edən şəxsi təəssüratları təmsil edən parlaq palitradır. Bu, nəinki rəsm əsərlərində, eləcə də, mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da təzahür edir.
Bu cür müxtəlifliyi rəssamın bölüşmək istədiyi Dünyası yaratmışdır. Milena Nəbiyevanın rəsm əsərlərinin fərqli xüsusiyyəti rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdir. Ənənəvi akril və yağlı boyalardan savayı, o Swarovski daşlarından istifadə edir. Rəssamın söylədiyi kimi, o nəinki rəng baxımından boyalara böyük parlaqlıq vermək istəyir, eləcə də, onların qığılcımlarına büllur zolağın parıltısını da bəxş etmək niyyətindədir. Rəssamın əsərlərində boyaların uzlaşması – həyata qarşı sevginin qələbəsi, günəş rənglərinin parlaq təzahürü olub, müəllifin xarakterinə xasdır.
Milena Nəbiyevanın sənəti yolu türk motivlərinə xas olan naxışlara qarşı marağın oyanmasından başlanmışdır. Məhz naxışlar rəssamın yaradıcılığının əsasını təşkil edir. O etiraf edir: «Naxışlar istənilən şəkildə mənim marağıma səbəb olur. Mənim tarixlə çoxdan maraqlanmağım naxışlı rəsmlərin öyrənilməsində də öz əksini tapdı. Xüsusilə də, “tarixin tozu ilə örtülmüş” rəsmlərdən söhbət gedir. Onların məzmununda o dərəcədə mistika, sirlər,dərin məna gizlənmişdir ki». Müəllif təsdiq edir ki, naxışlar bizi hər tərəfdən əhatə edir. Onları yalnız görməyə çalışmaq lazımdır - gölməçədə, yarpağın kölgəsində, şüşədəki əksimizdə...
Təsvirin naxışlı şəbəkəsini tamaşaçının diqqətinə təqdim etməyə çalışan rəssam həddən artıq mürəkkəb olan və diqqət ilə təmkin tələb edən kontur texnikasından tez – tez istifadə edir. Milena üçün bu texnika ilə işləmək gerçəkliyin sərhədlərinin silinərək mənəvi uçuş abu – havasının hökm sürdüyü dünyaya nüfuz etməyə bənzəyir. Əksər hallarda rəssam ilhamını insanlardan alır. İnsanlar ilə ünsiyyət onun şəxsiyyətini zənginləşdirir. Axı Milenanın təsdiq etdiyi kimi, bu cür insanların aurası – insanın mahiyyət etibarilə necə bir şəxsiyyət olmasından asılı olan naxışlardır. Rəssamın sözləri ilə desək: «Mən belə hesab edirəm ki, maraqlı insan ilə hər bir görüş – adi hadisə deyildir. Mən tamamilə əminəm ki, qarşımıza çıxan hər bir kəs Tanrı tərəfindən müəyyən məqsəd ilə göndərilmişdir. Buna görə də, bu cür görüşlərə mənasız görüşlər kimi münasibət bəsləmək və ya onları qeyri – ciddi hesab etmək lazım deyildir. Bu ki, həyatımıza vurulan naxışlardır».
“Minabi –Kainat Naxışları” fevral günlərində qonaqpərvər İncəsənət Qalereyasının astanasına qədəm qoyan qonaqlara hər bir rəsm əsərindən irəli gələn parıltılı rənglər ilə zəngin məkanı hədiyyə edəcəkdir. Rəssama həyatda öz təsdiqini tapmış rənglərin təbiiliyi xasdır. Axı o etiraf edir ki, tünd tonları sevmir. Hətta monoxromlu qammada o ən parlaq rəngləri seçəcəkdir. Buna görə də, rəssamın fırçasının məhsulu olan qadın obrazları müxtəlif rənglərə “bələnmişdir”. Bütün bunlar ilə yanaşı, bu boyaların vəhdəti zamanı rəssamın istinad etdiyi türk və afrika palitralarına xas olan spektrlardır.
Sərginin ekspozisiyası elə qurulmuşdur ki, qonaqlar bədii işlərin seçimində təzahür edən ocağın istiliyi və rahatlığı ilə qarşılaşa bilsinlər. Milena Nəbiyevanın sözlərinə görə “Minabi -Kainat Naxışları” ideyası: «Mənim yaradıcılığımın ani aspektləridir. Müəllif mebeli – evin fərdi tərəfinin yaradılmasının bir hissəsi kimi məişət məkanının rəng və forma vasitəsilə görünməsidir. Rəsm əsərləri və tətbiqi işlər – pazl rolunda ətraf məkan hissinin daha da geniş vüsət alması olub, gündəlik həyata hisslərin və qavrayışın müxtəlifliyini əlavə edir».