Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində (BMT AOC) “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi
22.04.2016 - 28.04.2016Tədbirin təntənəli açılışı: 22 aprel 17:30
Sərgi Qalereyası
Təşkilatçılar: Mədəniyyət və turizm nazirliyi Təsviri və dekorativ tətbiqi sənət sektoru
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 22-28 aprel 2016-cı il tarixində Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi təşkil ediləcəkdir. Sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibəti ilə, Azərbaycan təsviri incəsənətinin təbliği, görkəmli Azərbaycan rəssamlarının yaratdıqları nadir sənət incilərinin nümayişi, milli incəsənətimizin təbliği məqsədi ilə keçirilir.
Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla İncəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, 20-ci əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər göstəriləcəkdir. Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim olunacaqdır.