8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Gözəllik Nuru-2016" adlı sərgi və konsert
05.03.2016 - 12.03.2016Tədbirin təntənəli açılışı: 04 mart 18:00
Akt zalı, Sərgi Qalereyası, Dairəvi zal
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və Dekorativ Sənət Sektoru, Muzey Mərkəzi və Milli Musiqi Şurası (MMŞ), Muzey Mərkəzi, Milli Musiqi Şurası və “Kukla” Art-Qalereyası
4 mart giriş dəvətnamə ilə
5 – 11 mart saat 10.00-dan 18.00-dək giriş sərbəstdir
04 mart 2016-cı il tarixdə Muzey Mərkəzinin qalereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Şurası və “Kukla” Art-Qalereyası tərəfindən təşkil olunan “Gözəllik Nuru” layihəsinin növbəti mərhələsinin təqdimat mərasimi keçiriləcəkdir.
8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən və xoş bir ənənəyə çevrilən “Gözəllik Nuru” Art-layihəsi bahar dirçəlişinin Qadın obrazında təcəssümünü ehtiva edir.İnsan nəslinin davamının sirri yalnız ona məxsusdur. Bu da Qadın və Təbiəti bir-birinə doğma edən öz həyatının yeni mərhələsinin ilk tumurcuğudur.
“Gözəllik Nuru” Art-layihəsi - təsviri sənət və musiqinin vəhdəti, vahid qanunun iki təcəssümüdür. Qadın təbiəti kainatın rəngarəng gözəlliyini tərənnüm edərək,görünməz incə xətlərləAzərbaycan rəssamlarının sənət əsərlərinə nüfuz edir.
Bahar motivləri özünəməxsus tərzdə yazın günlə gecənin bərabərliyinə, yəni qədim dövrlərdə əcdadlarımızın yeni ili qeyd etdiyi zamana, çox zərif və parlaq məqamlarla mürəkkəbbaxışlar təklif edir: Mir Nadir Zeynalova məxsus Abşeronun bəzəyi olan gözəl “Çiçəklənən ərik”, Hüseyn Haqverdiyevin “Bahar” seriyasından olan işlərin iti xətləri ahəngdar tərzdə qışın baharla əvəz olunmasını vurğulayır. Emin Əsgərovun “Kolleksiya”sındakı zərif kəpənək və pərvanələr isti havanın gəlməsinin şahididir. Arif Hüseynovun Şərq motivlərinin çeşid ecazkarlığı, eləcə də Mehriban Əfəndinin “Ruhun krallığı” işi “Gözəllik nuru” mühitinə cəzb edir.
Xüsusilə qeyd etmək lazımdır ki, layihə üçün rəssamlar yeni işlər hazırlayaraq, təbiət dirçəlişinin bir parçasına çevrilirlər. Məsələn, “Gözəllik nuru”nda uzun illər ərzində iştirak edən İrina Eldarovanın yaratdığı “Xoşbəxtlik uzaq deyil” rəsm seriyasına daxil olan “8 qeyri-alma” əsəri Kainatın – bütün canlı aləmin əsası olan qara fonun nəcibliyini vurğurlayır.
Və eyni zamanda Məlik Ağamalıyevin “ILLUZIO VITAE” əsəri özünün həyat mənbəyi haqqında baxışlarından bəhs edir. Yelena Haqverdiyevanın “Küləyi gözlərkən” əsəri qadın hisslərininincəliklərini təcəssüm edir, Elşən Sərxanoğlunun “Üç dilək” əsəri bizim dünyanın zərif nümayəndələrinin istək və diləklərinin ziddiyyətli olmalarına işarə edir.Bəhruz Kəngərlinin “Yuva” əsərinin tarazlı palitrası Qadının ən mühüm missiyası- ocağın qoruyucusu– haqqında bəhs edir. Və bu əsərə müxalif olan İnnaKostinanın “Simurğun doqquz həyatı” əsəridir ki, Qadına sirr rakursunda baxmağı təklif edir. Bu əsərlə Vüqar Əlinin “Violetta” əsəri bir qədər uyğunlaşır və hər şeyə kənardan baxaraq, onun təbiətinin nə qədər çoxşaxəli olduğunu aydın göstərir. Siz bir Marta Rosa de Qeesadanın “Vafa” və Mira” təsirli əsərlərinə diqqət yetirin. Orada bahara xas olan gənclik xüsusiyyətləri əks etdirilmişdir.Sakit Məmmədovun “Bayram” əsəri – insan emosiyalarının inikasıdır və burada əks olunan qadın surətləri və gül motivləri bir-birini tamamlayır.
“Gözəllik nuru”nun ekspozisiyasında eyni zamanda baharın gözəçarpan sürətlə dəyişməsini təcəssüm edən Zakir Əhmədovun heykəltəraşlıq əsərləri də iştirak edir. Mahmud Rüstəmovun əsərləri –fəzada bahar təəssüratlarıtək üzən tökmə bürünc şəkillərdir.
Baharı, quşların nəğmələri olmadan təsəvvür etmək mümkün deyil. Məhz buna görə incəsənət ustalarının konserti orqanik şəkildə və musiqi ilə “Gözəllik nuru”nun bədii kanvasınauyğun olaraq F. Şopen, D. Liverani, J. Əmirov, M. Dunayevski, C. Kosma, V. Mustafazadə kimi bəstəkarların musiqi əsərlərindən möhtəşəm simbioz yaratmışdır.