Gülarə Hüseynovanın “Qəlbimin rəngləri” adlı fərdi sərgisi
26.12.2015 - 27.12.2015Sərginin təntənəli açılışı: 25 dekabr, saat 18:30
Sərgi Qalereyası
Muzey Mərkəzinin Sərgi Qalereyasında 25 və 26 dekabr tarixlərində gənc rəssam Gülarə Hüseynovanın“Qəlbimim rəngləri” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə gənc qabiliyyətin müxtəlif janrlarda 34 rəsm əsəri nümayiş olunacaq.
Uşaqların gözü ilə dünyanın qavranışından daha aydın bir şey yoxdur. Bu, həyat və sevinc dolu gənc rəssamın zəngin rənglərlə dolu şəkillərində nümayiş olunur. Gülarənin rəsmləri İmpressionistləri və onların ardıcıllarını xatırladır. Əlbəttə ki,bunda fransız məktəbinin, yəni Gülarənin sevimli kitabı olan Viktor Hüqonun "Səfillər" və Sevimli muzeyləri Luvr və Parisdəki Roden Muzeyinin də böyük təsiri olması təəccüblü deyil.
Gülarənin yaradıcılığında natürmortlar və peyzajlar böyük yer tutur, məsələn “Mavi səmalar", "Sakit gecə" əsərləri kimi. Onun rəsmlərinə diqqətlə baxın, orda Siz Van Qoqun əsərlərindəki mavinin, sarının “yüngül ətrini”, Pol Sezannanın natürmortlarındakı bağlılığı, və şəhər peyzajlarında isə qızcığazın Paris, London, Barselona, Venesiyanın gözəlliyini təsvir etdiyini hiss edərsiniz. O rəsmlər arasında Anri Matissanın əsrlərinin təsiri altında yaranmış siluetlərin və xətlərin birləşməsi də görünür.
"Günəbaxanlar", "Kölgə", "Lalələr", "Şəlalə"... Bu əsərlədə o uşağın dili ilə təbiətin gözəlliyini müxtəlif rənglərlə əks etdirərək ciddi addımlar atmışdır.
Gənc rəssamın əsərlərinin hər birində özünü əks etdirir. O deyir: "Mən gördüyümü çəkirəm amma istəyirəm ki, hər kəs mənim rəsmlərimdə xüsusi bir məna tapsın".
"Quşlar", "Quşların söhbəti", "Mənim ilk kəpənəyim"... Onlar artıq öz sözünü demiş gəncin gözü ilə görünürdü.
"Xoşbəxtliyə səfər" – bu inama və arzuların mütləq yerinə yetməsi haqqında səmimi hekayədir. Eyni fikiri "Cığır" əsərində də görmək olar. Həyatda mühüm olan öz yolunu tapmaqdır. Gülarənin məqsədi - Azərbaycan Respublikasının Rəssamlıq Akademiyasının tələbəsi olmaq və gələcəkdə gənc istedadlar yetişdirmək üçün Londonda bir sənət studiyası açmaqdır.
Gülarə xeyirxahlıq və ürəyiyanımlıq kimi nadir insani keyfiyyətlərə malikdir –hansı ki, onun "Xoruz", "Quş və Üzüm", "Mirvari" kimi əsərlərində öz əksini tapıb.Onun sözlərinə görə,bir milyonu olsa onu evsiz və xəstə heyvanlar üçün sığınacaq yaratmaq üçün sərf etməyə tərəddüd etməzdi.
Gülarə Xəzər Dünya məktəbinin 7-ci sinfində oxuyur. Liderlik təbiəti qızcığaza yaxşı oxumaqla bərabər 5 yaşından başladığı yaradıcılıqla da məşğul olmağa imkan verir.Yaradıcılığında əsasən Gülarə boş vaxtını təbiətin qoynunda birgə keçirdiyi ailəsinin dəstəyinə güvənir və bunu da “Bağ çiçəkləi”, “Göl qırağında” “Payız parkı” əsərlərində göstərməyə çalışıb.
Lakin Gülarəyə tamamilə professional demək olmasa da, onun əsərlərində bəzi dərin fəlsəfi məna görmək mümkündür.
"Rənglər", "Çəhrayı rəngli ağac", "Bahar" - ilin sevilən zamanı yaz fəslinin təsiri gənc rəssamın duyğularını formalaşdırır və yazın gəlişini gənc rəssam əsərlərində inanılmaz rəng çalarları ilə göstərməyə calışır.