Yapon kukla ustası Mari Şimizunun öz kuklalarını “Kukla” Art Qalereyasına (Bakı, Azərbaycan) hədiyyə etməsi
11.11.2015Sərgi Qalereyası
III Bakı Beynəlxalq Kukla Biennalesinin iştirakçısı Mari Şimizu (Kumamoto,Yaponiya) “Kukla” Art Qalereyasına özünün “Mirvari”, “Qeyşa”, “Akane” adlı kuklalarını hədiyyə etdi. Mari Şimizu Tama İncəsənət Universitetinin məzunudur. “Tohoku-gennya” kino biennalesinin qran-prisinə sahib olmuşdur. “Kajuen” (“Meyvə bağı”) kukla ustalığı üzrə atelyenin təsisçisidir. “MUCC” qrup, həmçinin “Red String Woman” və “Karamazov qardaşları” kimi televiziya proqramları üçün kuklalar hazırlamışdır. “ART BOX” tərəfindən kuklalar haqqında “Möcüzəvi Kukla” foto-kitabının və “Alice” kitabının naşiridir. “Garakutaya” qalereyasında “Qırmızı Məsumiyyət və Göy Hissiyyat” sərgisinin iştirakçısıdır. Mari Şimizunun işləri dünyanın bir çox qalereyası və şəxsi kolleksiyalarda yer almışdır. Mari Şimuzinin kuklaları “Kukla” Art Qalereyasında nümayiş olunacaqdır.
10 noyabr tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın xalq rəssamı Arif Hüseynovla birlikdə “Dərsdən sonra” (AzTV) uşaq marifləndirici televiziya verlişinin çəkilişi oldu.