“Kofe rəngi” adlı sərgi
19.06.2015 - 10.07.2015Sərginin təntənəli açılışı: 19 iyun, saat 19:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi
19 iyun saat 19:00-da Azərbaycanın Muzey Mərkəzində “Kofe rəngi” adlı sərgi açılacaq. “Coffee planet” şirkətinin sponsor dəstəyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən 1-ci Avropa oyunlarına həsr edilib.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilmişdir. Öz layihəsinin konsepsiyası haqqında rəssam belə deyir: “Qəhvə – gündəlik məhsuldur, ona görə qəhvə haqqında danışarkən mən həyatın özü haqqında danışıram. Hətta qəhvənin rəngi belə dəyişkəndir: Səhər o bizə mavi rəngdə, səma rəngində görünə bilər, günorta isə – sarı, qumsaldakı torpaq rəngində görünə bilər”. İrina Eldarovanın layihəsi iki hissədən ibarətdir: Birinin adı “Take a way” (“Özünlə götür” – bu kəlməni təkcə “Ömür boyu qəhvə ilə” deyil, daha geniş mənada da başa düşmək olar). Digəri isə artıq rəssamın tamaşaçıya məlum əsərlərindən olan seçmələrdən (o cümlədən “ Kişilər brend kimi” seriyasından) ibarətdir.
Vernisajda həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaqdır.
Sərgi çərçivəsində qəhvə maşınlarının yenimodelləri nümayiş olunacaqdır. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək. Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə Muzey Mərkəzində nümayiş olunan digər ekspozisiya ilə vəhdət təşkil edir. Digər ekspozisiya dedikdə isə məşhur şokolatye Nikolya tərəfindən tamaşaçıların əldə etməsi üçün hazırlanmış ləziz suvenirlər səyyar şokolad muzeyi sərgisidir. “Sərgimizin əsas məqsədi qəhvə əhval ruhiyyəsi yaratmaqdır”. Muzey mərkəzinin direktoru Liana Vəzirova belə deyir. – “qəhvə möcüzəli içkidir. O uğur gətirir, ruhlandırır, sirləri aşkarlayır... özünüzdən soruşun qəhvə sizin üçün nədir? Sevimli içki? Hobbi? Sir? Hər bir insanın onun haqqında xatirələri var. Elələri də var ki, onların şəxsi xoşbəxtliyi məhz qəhvə ziyafətindəki görüşdən başlanır. Digərləri üçün isə qəhvə həyatlarında şübhəsiz ki, nə isə ifadə edir. Və bizim sərgidə hərkəs ruhunu oxşayacaq nəyisə tapa biləcək. Qəhvənin hüdudsuz olduğunu söyləyənlər haqlıdırlar. Yeri gəlmişkən, qəhvə təkcə qurmanlara sevinc bəxş etmək üçün deyil, həmçinin qəhvə inanılmaz ətirli gözəl ağacdır, eləcə də bu fəsil onun gözoxşayan rəngi çox məşhurdur. Ona görə də bizim layihə çərçivəsində moda nümayişi xüsusilə aktual olacaqdır. Sərgi iştirakçıları ”qəhvənin rəngi” anlayışının həm kolorit həm də tematika baxımından nə qədər geniş olduğunu nümayiş etdirir. Monoxrom, xalis neftlə (məhz qəhvə rəngindədir) çəkilmiş Sabir Çopuroğlunun kətanlarından ta Məmməd Rəşidovun fincan üzərində buxarı xatırladan qəhvə formalı metal spirallı heykəlciklərinə qədər dəyişir.
Mir-Nadir Zeynalov və Fərhad Yalquzaq qəhvə fenomenindən hərəsi özü üçün dərin fəlsəfə əldə etmişdir. İnsanın hədsiz-hüdudsuz okean kimi düşüncə dünyası – bu rəssamların əsərlərində “qəhvənin rəngi” məhz budur. Liana Vəzirovanın qəhvənin nəyinsə başlanğıcı olması sözlərinə illüstrasiya qismində Elşən Sərxanoğlunun “İlk görüş” kətanı çıxış edir. Bəhruz Kəngərli qəhvə haqqında fikirlərini monumental əlamətdar obrazlar şəklində - məsələn, özünün əsrarəngiz “Güldan” əsərində ifadə edir.
Qəhvənin rəngi Olqa Qladkovanın “Mulat qız” kətanında qızın üz cizgilərində əks olunur. Vüqar Əlinin “Falabaxma” əsərinin qəhrəmanı qəhvədən ənənəvi üsulla deyil, əski zamanlardan bəri məlum olan gizli üsulla istifadə edir. Anar Qəmbərlinin “Gecə vaxtı kafedə” əsəri – səhəri və müştəriləri gözləyən yığışdırılmış masa və üzərində stul – qəhvənin müəyyən dərəcədə xəyalı dadı haqqında nə isə deyir. Bəyim Hacızadənin “1941-ci il” kətanı yaddaşda bütün epoxanın obrazını canlandırır.
Mövzuya özünəməxsus şəkildə yanaşanlar arasında Niyaz Nəcəfov, Nazim Yunusov, Adil Yusifov, İntiqam Ağayev, Elçin Bünyadov, Olqa El, Zöhrab Salamzadə, Nigar Babayeva, Leyla Altunay, Malik Məmmədxanov kukla rəssamları Pərviz Hüseynov, İrinaQundorina, Fərəh Əliyeva, heykəltəraş Zakir Əhmədov tətbiqi sənət ustası batika üzrə mütəxəssis Tatyana Ağababayeva və bir çoxları vardır.
Kuklaçı rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova, Fərəh Əliyeva və Anarə Salmanova xüsusi olaraq sərgi üçün tematik əsərlər yaratmışlar. Pərviz Hüseynov və İrina Qundorinanın yaradıcılıq tandemindən yaranmış “Qəhvəli mələk” və “Qaymaqlı mələk” əsərləri qaymaq və qəhvə, gündüz və gecə, in və yan kimi bir-birini tamamlayır. Nübar Şahbazova və Fərəh Əliyeva tərəfindən hazırlanmış qadın surətli kuklalar üslub və dövr baxımından fərqli olsalar da, onları ətirli içkiyə olan ehtiras birləşdirir. Anarə Salmanova isə əlində qəhvə fincanı olan cazibədar şərq kişisi surəti yaratmışdır.
Mövzuya rəssamlar Niyaz Nəcəfov, Nazim Yunusov, Adil Yusifov, İntiqam Ağayev, Elçin Bünyadov, Olga El, Zöhrab Salamzadə, Nigar Babayeva, Leyla Altunay, Malik Məmmədxanov, heykəltəraş Zakir Əhmədov, batika üzrə mütəxəssis Tatyana Ağababayeva və digərləri özünəməxsus tərzdə yanaşmışdır.