Müasir incəsənət sərgisi – “5 Otaq”
20.02.2015 - 22.02.2015Sərginin təntənəli açılışı: 19 fevral 18:00
Sərgi Qalereyası
Təşkilatçı: “LİBRA” incəsənət qrupu
Muzey Mərkəzinin Sərgi Qalereyasında “5 otaq” adlı sərgi baş tutacaq. Bu, bir müddət öncə yaradılmış və məhsuldar işləyən “Libra” yaradıcı qrupunun hesabat vernisajıdır. Sərginin adı onun iştirakçılarının tərkibini ehtiva edir; “Libra” bədii qrupu beş kifayət qədər məşhur rəssamı birləşdirir - Arzu Rzayev, Anar Qəmbərli, Namiq İsmayılzadə, Malik İsmayılzadə və Nazim Şah.
“Libra” latın dilindən tərcümədə “bərabərlik, balans, tərəzi” deməkdir. Sərginin ekspozisiyası qarşısına bu beş qeyd olunan müəllifin yaradıcılıqlarında forma və məzmun, yaradıcılığın tam azadlığı və mövzu, material, zaman və digər məhdudiyyətlər arasında əzəli balansı asan ifadə etməyi sübut etmək kimi vəzifə qoymuşdur.
Sərgi həm də tamaşaçıya nümayiş etdirəcək ki, rekord qısa bir müddət və qrupun kiçik ömrü ərzində bu yaradıcı “pentaqon”un bütün üzvləri özlərinin beş yaradıcılıq yolları arasında kollektivdəki tarazlığı qoruyub, dostlarını üstələməyərək düzgün və nadir balans yaradıb onu saxlaya bilmişdir. Məhz bu amil imkan verir ki, bir müəllifin yaradıcılığı digər müəlliflərin yaradıcılığı ilə incə hüdudlar üzərində dayansın, eyni zamanda nə həmmüəllif, nə də ki, təcrid olmayaraq vahid ideyanın bir hissəsi kimi çıxış etsin. Bu da qrupun yaşamasına zəmanətdir. Qeyd etmək lazımdır ki, yaradıcı qrupların meydana gəlməsi yerli vizual sənət üçün özü-özlüyündə nisbətən nadir faktdır. Bu da sərgini daha əlamətdar edir. Lakin əsas odur ki, sərgi tamaşaçıya artıq tanınan və sevilən işlərin sahibləri olan rəssamların yeni nailiyyətlərini təqdim edəcək.
“Libra” qrupunun təsisçisi Mikayıl İsmayılzadə yaradıcılığında təkcə realizm və fantastikanın nəcib vəhdət təşkil etdiyi görkəmli rəssam deyil. O, həm də elə bir insandır ki, ətrafında qeyri-ixtiyari olaraq həmfikirləri toplanır. Onun adsız kiçik formatlı kompozisiyaları müasir vizual sənət sahəsində özünəməxsus yolun bariz nümunəsidir.
Namiq İsmayılzadə ixtisasca ağac və şüşə ilə işləyən rəssam və tətbiqi sənət ustasıdır. Bu həm də onun möhkəm, sulu, parlaq, dekorativ və çox emosional rəsm əsərlərində də hiss olunur. Məsələn, “Armudlar” adlı bəzəkli kətan ornamentlə zəngin vitrajı xatırladır.
Arzu Rzayev – qlamura qarşı tutulan müasir “sərt üslub”un nümayəndəsidir. O, əbədilikdən əbədiliyə gedən iri fiqurlu insanları əks etdirən kətanları eləcə də möhtəşəm peyzajları ilə seçilir. Onun sərgiyə təqdim olunmuş çoxsaylı kətanlarını – “Parisli xanım”, “Əyalətdən olan oğlan”, “Yaşıl masa”, “Səmaya baxış”, “Özgə şəhərdə yuxusuzluq” və başqalarını realistik novellalarla müqayisə etmək olar. Onlar çox zəngin süjetlidir (minimum detallar olmaqla daha dəyərlidir).
Nazim Şah qarışıq texnikada işləyir. Onun qrafika vərəqləri həm zahirən, həm də mənaca çoxplanlı və çoxqatlıdır. Onlarda diqqətli və hazırlıqlı tamaşaçı üçün çoxsaylı mifoloji və digər rebuslar gizlədilib. Əsərlərin adı belə bəzən intellektə atılmış çağırış kimi başa düşülür: “Ayın işığını qaşıqla içən şaman”, “Qamda insan və təbiətin vəhdəti”, “Abşeronda sərbəst uçan şaman”, “Ayın qəlbini daşıyanlar”, “Daxilimizdəki kiçik şeytan” və s.
“Libra” yaradıcı qrupunun ən gənc üzvü rəssam Anar Qəmbərli tamaşaçıya “həyatın özünün portreti”ni təqdim edəcək. Onun kətanları (məsələn, “Qız portreti”) – gündəlik həyatın zəif gözəlliyinə həsr olunmuş bəzən yumşaq yumorla müşayiət olunan sakit himndir. Belə ki, qəzet vərəqi üzərində bir neçə balığı təsvir edən “R” hərfi ilə ay” kətanı, məşhur bəslənmə mövhumatını xatırladır. Beləliklə, “Libra” art-qrup üzvlərinin yaradıcılığı – istiqamət etibarilə müxtəlif, lakin eynilə istedadlı yollardır və onlar tamaşaçıları reallıq və uydurma, insanın daxili və onu əhatə edən aləm arasında balans saxlayaraq hər bir yoldan keçməyə dəvət edirlər.