“Azərbaycan Milli Geyimləri rəssamların gözü ilə”
04.12.2014 - 07.12.2014Sərgi Qalereyası
Vaxt: 15:00
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz
2014 - cü il dekabr ayının 3-də Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri rəssamların gözü ilə “ adlı Respublika sərgisi keçirildi.
Sərgidə həvəskar rəssamlar və modelyerlərin milli geyimləri nümayiş etdirildi. Sərgidə geyimlərlə bərabər sənətkarların rəsm işlərindən ibarət əsərləri də nümayiş olundu. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, səfirliklərin, ali təhsil müəssisələrinin və bir sıra digər təşkilatların nümayəndələri iştirak etdi.
Sərgidə 20 müəllifin 125-dən çox milli geyimləri nümayiş etdirildi.
Sərginin açılış mərasimi dekabr ayının 3-də saat 15:00 –da Muzey Mərkəzinin Sərgi qalereyasında baş tutdu.
Sərgi 3 gün davam etdi.