Aleksandra Kukinovanın çini kuklalar sərgisi
06.11.2014 - 09.11.2014Keçirilmə vaxtı: 5-8 noyabr 2014-cü il
Tədbirin təntənəli açılışı: 5 noyabr saat 19:00
Keçirlildiyi yer: Muzey Mərkəzinin akt zalı
Regionun yeganə profilli “Kukla” Art qalereyası tamaşaçıları müəllif kuklası mövzusunda silsilə layihələrlə tanış etməyə davam edir. Payızın qızğın çağı Moskvadan olan dünyaşöhrətli rəssam, “ALEKSANDRA” şirkətinin təsisçisi Aleksandra Kukinovanın sərgisi ilə yadda qalacaq.
Aleksandra Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvüdür. Bir çox mükafatların, eləcə də “Meqa Ulduz” IV Beynəlxalq Kukla Salonu, Rusiya, “Qrasiya və harmoniya” Rusiya, “Doll of excellence” ABŞ, “Most attractive exhibit” ABŞ və digər mükafatların laureatıdır. Onun əsərləri Jak Şirak, Mstislav Rostropoviç, Hildehard Güngzel, Con Darsi Nobl, Valentina Tereşkova kimi məşhur adamların şəxsi kolleksiyalarında saxlanılır. Əsərləri Boston Zərif Sənətlər muzeyinin daimi ekspozisiyasında sərgilənir.
Onun zərif çini işlərində biskvit kimi çox mürəkkəb texnika istifadə olunur və müəllifin əl bəzək isləmələri ilə tamamlanır. Təbii ipək geyimlərdən, məşhur parçalardan, vintajlı faktura, tikmə, aplikasiya, parçanın əl işləmələri ilə bəzədilməsi, straza və muncuqla dekor olunmasından geniş istifadə olunur. Bütün bunlar xüsusi zərgərlik məmulatları və yarıbahalı daşlarla bəzədilir.
“ALEKSANDRA” şirkəti – yüzdən çox rəssam, heykəltəraş, dizayner, dərzi, krujeva toxuyan və hətta silahdüzəldən ustaların fəaliyyət göstərdiyi ciddi müəssisədir. Bədii obrazın formalaşması prosesi altı aydan bir ilə qədər zamanı əhatə edir. Qeyd edək ki, çini sexinin icarəsinə şirkət ildə 3 milyon rubldan artıq pul ödəyir. Lakin şirkətin fəaliyyəti təckə müəllif kuklası ilə məhdudlaşmır. Karl Feberjenin ənənələrini davam etdirməklə yanaşı biskvit texnikasında yüksək keyfiyyətli çinidən hazırlanan kolleksiyalı çini miniatürlər yaradılır, əl bəzək işləmələri vurulur, ayrı-ayrı elementlər isə eksklüziv olaraq sifariş edilir . Çini miniatürlər uşaq və böyüklər üçün zərif üzslublu vip hədiyyədir və eləcə də vintaj üslubunda eksklüziv olaraq yeni il ağacı oyuncaqları qismində istifadə olunur.
Unikal modelləşmə, mürəkkəb və zərif obrazlar, mükəmməl iş ilə “ALEKSANDRA” şirkəti müəllif bədii kolleksiya kuklasını dünya səviyyəli inci həddinə çatdıraraq özü üçün yüksək reytinq yaradır.
Aleksandra Kukinovanın adı təkcə Rusiya deyil, həm də Amerika, İtaliya, alman kolleksiyaçılarına da tanışdır. Bu gün Aleksandra Kukinova kukla bazarınının bütün iri operatorları ilə işgüzar münasibətlərdədir, bütün böyük peşəkar yarmarka və sərgilərdə iştirak edir, onun əsərləri isə dünyanın ən məşhur kukla muzeylərində nümayiş erdirilir və onların kataloqlarına daxil edilir.Bakıda tamaşaçıların diqqətinə 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürlər təqdim olunacaq.
Açıq nümayiş üçün sərgi 6-8 noyabr 2014-cü il tarixlərində açıq olacaq.Sərgi “Kukla” Art Qalereyası Muzey Mərkəzi və “ALEKSANDRA” şirkəti ilə birgə təşkil olunur.