Məhər Məhərrəmovun “Xəmsə” adlı vitrajdan ibarət fərdi sərgisi
15.04.2014 - 16.04.2014 Tədbirin keçirilmə tarixi: 15-16 aprel 2014-cü il
Tədbirin təntənəli açılışı: 15 aprel saat 18:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzinin Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə elmi metodiki mərkəz, Azərbaycan Rəssamlar İttifaqı, “Zəka” gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin, Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin,Gəncə Dövlət Rəsm Qalereyasının və Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə Bakı şəhərində Muzey Mərkəzinin Sərgi Qalereyasında 15-16 aprel 2014-cü il tarixində rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat və yaradıclığının 870 illik yubileyinə həsr olunmuş “XƏMSƏ” adlı fərdi sərgisi baş tutacaq. Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan "Sirlər Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl", "İsgəndərnamə" poemalarına rəssamlığın vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcək. Layihə sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə nümayiş etdirmək. Dahi şairimizin həyat və yaradıcılığının yad edilməsi və yaşadılmasıdır. Layihənin rəhbəri rəssam Məhər Məhərrəmovdur. Sərgiyə giriş sərbəstdir. Sərgi 15 aprel saat 18:00 da Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutacaq.