Fransız xareoqrafik Les Gens D`uTerpan qrupunun iştirakı ilə art performans

25.03.2014

Vaxt: 19:00
Dairəvi zal
Təşkilatçı: Müasir İncəsənət Məkanı YARAT

Yarat Müasir İncəsənət Məkanı ilə birgə əməkdaşlıqda xoreoqraflar Annie Vigier və Franck Apertet (“les gens d’Uterpan kollektivi ) öz yaradıcılıqlarının müxtəlif hissələrindən ibarət kompozisiyanı nümayiş etdirdilər. 23 mart 2014 Yay qalereyasında “Le gout” protokoluna əsasən X-Event 2.6, 24 mart 2014 Muzey Mərkəzində “Les Chutes” protokoluna əsasən X-Event 2.3 səhnələşdirmələri, 25 mart 2014 Azərbaycan Beynəlxalq Muğam Mərkəzində konfrans və 23 mart 2014 Yay qalereyasında arxiv şəkillərin sərgisindən ibarət kompozisiya geneoloji bir varlıq kimi çıxış etdi. Xoreoqraf işinin ifa ölçüsü kompozisiya daxilindəki kütlənin iştirakı və dövriyyəsi ilə inteqrasiya edilir. Bu, xoreoqraflar Annie Vigier və Franck Apertin (les gens d’Uterpan) Azərbaycanda ilk dəfə olaraq nümayiş etdirdikləri iş oldu.
Annie Vigier (1965) və Franck Apertet (1966) Parisdə yaşayıb çalışırlar. Onlar incəsənətlə canlı sənətin arasında məxsus olduqları mövqelərinə görə tanınırlar. Onların strategiyaları gündəlik həyatdan incəsənət praktikasına doğru ənənə və davranış modellərini üzə çıxarır.
Onların işləri aşağıdakı layihələrdə nümayiş etdirilib (seçilmiş): İncəsənət Layihələri Mərkəzi , Dublin, İrlandiya; Tate Modern Müasir İncəsənət Muzeyi , London Böyük Britaniya; Kunsthalle Basel , İsveçrə; VI Cali Performans Festivalı, Kolumbiya; Galereya Vermelho, San Paulo, Braziliya; Müasir İncəsənət Muzeyi, Varşava, Polşa;Kunsthaus Graz, Joanneum Muzeyi, Avstriya; Berlin Müasir İncəsənət Biyennalesi, Almaniya; Almaniya ; Nam June Paik İncəsənət Mərkəzi , Seul, Koreya; White Box, Nyu York, ABŞ; Space18- Bund 18, Şanxay, Çin; Müasir İncəsənət Muzeyi, Zaqreb, Xorvatiya; CAC Vilnus, Litva; MAC Lion, Fransa; Museion, Bolzano, İtaliya; Palais de Tokyo, Paris, Fransa...
www.lesgensduterpan.com

X-Event 2.3 “Les chutes” protokoluna əsasən
Müddəa:Bir qrup rəqqas bir –birilərini iki çarpaz trayektoriya üzrə müəyyən edilmiş mərkəzi perimetrdən kənara itələyir. Yıxildıqdan sonra hər bir rəqqas digərini itələmək və yenidən yıxılmaq üçün bir daha perimetrə daxil olur. Bu fəaliyyət qrupun gücü tükənənə qədər davam etdirilir .
Yaradılıb: Departmental Domain of Chamarande, Fransa, iyul 2007
Aktyorlar: Deborah Lary, Steve Paulet, Charles Pietri, Francesca Ziviani
Səs : Nicolas Martz

Cycle (Dövrə) X-Event 2
X-Event 1-lə eyni zamanda 2005-ci ildə Bretigny Müasir İncəsənət Muzeyində nümayiş edilən X-Event 2-lə Annie Vigier və Franck Apertet ifa sənətinin standartlaşmasının xarici tənqidini formalaşdırmaqla öz strategiyalarını müxtəlif səviyyələrdə tətbiq edirlər.Yeddi protokoldan ibarət X-Event 1 xoreoqraflar tərəfindən ümumi X-Event 2 adı altında birləşmiş yeddi ifadan ibarət matrisa kimi təsvir edilir. “Les courses”, “Les corps morts”, “Le gout”,”La vague”, “Les Kama Sutra”, “Les chutes və “Les Saviles”. Müstəqil hissəciklər kimi qurulmuş və fərdi obyektlər kimi istifadə edilə bilən bu təcəssüm olunmuş formalar təyin edilmiş teatr məkanından ayrı, sərgi proqramının tərkib hissəsi kimi başqa məkanlarla ahəngdar şəkildə birləşə bilər. Öz limitini aşıb keçən enerji sərfi ilə müəyyən edilərək ifaçıların hərəkətləri sahənin spesifik xüsusiyyətləri və nəzərdə tutulmuş istifadəsinə zidd olur. Seyircinin də bədəni həmçinin, işə keçərək hərəkət mexanizminə çevrilir. Bu cür ifa üçün nəzərdə tutulan vaxt çərçivəsi bəzən seyircilərin qavrama ritmi və mövcud hərəkətləri baxımından tam sərbəst olması şərti ilə bir neçə saatı keçərək təqvimdə dəyişdirilən bir neçə günə qədər uzadıla bilər.Qısaca, xoreoqrafların dağıdılma strategiyasına alternativ olaraq təklif edə biləcəkləri əvvəlki vəziyyətə qayıdış taktikası ola bilər. Bu taktika məzmun və ifaçılar baxımından saxlanmavə müstəsna məhdudlaşmaları qabartma vasitəsilə əvvəlki vəziyyətə qaçılmaz şəkildə dönüş şəraiti yaradır: fərdlərin azad olması və məkanın aydın şəkildə qavranılması.
Lion Müasir İncəsənət Biyennalesinin kataloqundan çıxarış, 2007. Pierre Bal- Blanc, İncəsənət direktoru CAC Bretigny
Bizim xoreoqrafik yaradıcılığımızın özünəməxsusluğunu yaradan protokolun anlaşılmasıdır. Biz öz kompozisiya prinsipimizə uyğun əməkdaşlığ apararaq “Home Clubbing” (Ev Klubu ) parçasını yaratdıq (oktyabr 2003). Protokol verilmiş fiziki və sosial məzmunda hərəkəti həyata keçirən müvəqqəti proqressiya , məkani mexanizmlər davranış, hərəkət uyğunluğu müxtəlifliyini formalaşdırır, müəyyənləşdirir və təşkil edir. Müəyyən edilmiş təşkilat daxilində bu cür protokolun ifa edilməsi qrup formatı daxilində ifaçının azadlığını şərtləndirir.
Bu proqram İnstitut Français d’Azerbaidjan təşklatının böyük dəstəyi sayəsində baş tutmuşdur.
Avropa Mədəniyyət fondu səyahətlə bağlı materiallardan kənar ADDIMLA təşkilatının xüsusi dəstəyi ilə Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyinin –İle-deFrance- in Regional Mədəniyyət Məsələləri Ofisinin dəstəyi ilə. 2013-2014- cü illər xoreoqrafiya kampaniyası üçün qrant, 2013-cü il mədəni inteqrasiya layihəsinin bir hissəsi kimi rezidensiya sənətkarları üçün qrant.
2009-cu ildən etibarən Annie Vigier və Franck Apertet (“ les gens d’Uterpan”)CAC Bretigny-də yaşayıb yaradaraq Essonne Baş Konsulluğundan –CAC Bretigny və rezidensiyasından dəstək, eləcə də , Val d’Orge icmasından (www.cacbretigny.com) avadanlıq alır.