“Səfirliklərdə İncəsənət” layihəsinin təqdimatı

03.05.2013

Təşkilatçılar: ABŞ-ın Azərbaycandaki Səfirliyi, Muzey Mərkəzinin Sərgi Qalereyası
Azərbaycan tərəfindən kurator: Liana Vəzirova
Fotolar ABŞ-ın Azərbaycandaki Səfirliyi tərəfindən təqdim edilmişdir

1963-cü ildə yaradılmış ABŞ Dövlət Departamentinin “Səfirliklərdə İncəsənət” layihəsi mədəni missiya, müvəqqəti və daimi sərgilərin, rəssamlarla bağlı müxtəlif proqramlar və nəşrlərin təşkili ilə ABŞ xalq diplomatiyasında mühüm rol oynayır. 1960-cı illərin əvvəllərində Prezident Con Kennedi onu formalaşdıraraq proqramın ilk direktorunu təyin etdi. Hazırda “Səfirliklərdə İncəsənət” layihəsi dünya üzrə bütün ABŞ səfirlik, konsulluq və səfirlik iqamətgahlarında ABŞ və ev sahibi olan ölkənin müasir incəsənət nümünələrini seçərək və düzənləyərək 200 məkanda müvəqqəti və daimi sərgilərə kuratorluq edir. Bu sərgilər beynəlxalq izləyicilərdə hər iki ölkənin incəsənət və mədəniyyətinin xüsusiyyət, miqyas və müxtəlifliyi barədə təssəvvür yaradır, habelə hə hansı digər ABŞ fond və incəsənət təşkilatından daha çox ölkədə “Səfirliklərdə İncəsənət” layihəsini təsis edir.
“Səfirliklərdə İncəsənət” sərgiləri Amerika Birləşmiş Ştatlarına, ola bilsin, heç vaxt səfər etməyəcək xarici vətəndaşlara ABŞ incəsənət irsinin və dəyərələrinin dərindən və geniş şəkildə şəxsən tanış olmaq fürsəti verir, insanların Amerikan incəsənətini izləmək imkanı olmayan yerlərdə öz “ayaq izlərini qoyur”.
Bu gün Azərbaycanlıların ürəyində qubar bağlayan mövzunu – Dağlıq Qarabağ münagişəsi və Ermənistan və Azərbaycan arasında problemli əlaqələri – dərk etmək üçün, “Səfirlikdə İncəsənət” sərgisinin mövzusunu “Əlaqələr” adlandırıldı. Sərgidə təmsil olunmuş çoxsaylı və çeşidli əlaqələr formalar, rənglər və materiallar, ailə üzvləri, dostlar və sevgililər arasınadır. Bu əlaqələr ustalar və ya rəssamlar və onların alətləri arasında, idmançılar və idman alətləri; Amerika və ölkəyə gələn mühacirlər arasındadır. Hətta güzgü insanın özü ilə əlaqənin kəşf etmək imkanını təklif edir. Nəşrdəki əsərlərin yarısı Azərbaycan, digər yarısı isə Amerika rəssamlarının əsəsrləridir.
Şübhəsiz, əsərləri bu nəşrə daxil edilmiş və ya əsərlərinin sərgilənməsinə icazə vermiş rəssamların əməyi və yaradıcı istedadı olamadan bu sərgi mümkün olmazdı. Layihənin müdrik koordinatoru və güclü dəstəkləyicisi, amerikalı kurator Robert Soppelsa və sərgimizin qoruyucu mələyi və himayədarına, öz zəngin və möhtəşəm rəsm xəzinəsindən əsərləri sərginin təşkilatçılarına seçməyə icazə verdiyinə, seçim prossesində onlara yol göstərdiyinə görə və quraşdırmaya nəzarət etdiyinə görə azərbaycanlı kurator Liana Vəzirovaya təşkilatçılar xüsusi təşəkkürlərni bildirirlər.