İnqa Şmidtin fərdi sərgisi
27.05.2013 - 02.06.2013Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 27 may 2013, saat 17:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Mayın 27-də Muzey Mərkəzində almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru olan İnqa Şmitin "Həyatın rəngləri" adlı fərdi sərgisi açılmışdır. İnqa Şmitin sərgisinin açılmasının əsas məqsədi incəsənət həvəskarlarının onun əsərləri ilə daha yaxından tanış olmaq imkanı yaradılmasındadır.
Rəssamın Bakıda sərgilənən əsərlərin böyük ekspozisiyanın bir hissəsi olduğunu vurğulamışdır. Sərgidə sərgilənən əsərləri arasında səyahət zamanı qarşılaşdığı insanların portretləri üstünlük təşkil edir.Azərbaycana artıq 4-cü dəfə gələn rəssam paytaxtımıza vurgunudu.İnqa Şmit təsvir düşüncələri real çərçivələrə sığmayan müasir fırça ustasıdır. Daha çox insan simalarını çəkən fırça ustası bunu xüsusi bir fəlsəfə ilə əlaqələndirir. “Hər bir üz cizgilərində oxunmamış həyat hekayəsi var. Əslində bu həyat fəlsəfədir. Rəssamın da vəzifəsi onu duymaq və kətana, tabloya köçürməkdir.”
İnqa Şmit Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov ilə yaradıcılıq və təhsil sahəsində əməkdaşlıq edir. Bakıda olduğu müddətdə İnqa Şmit Rəssamlıq Akademiyasının tələbələrinə ustad dərsi keçib, onlarla sənətin ənənəvi texnikada müasir üslubunun sirrlərini bölüşüb.
Sərgidə 27 əsər sərgilənmişdir.