“Balıq bürcü” müasir təsviri incəsənət sərgisi
23.02.2013 - 01.03.2013Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 22 fevral 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi
2013-cü il 22 fevral tarixində Muzey Mərkəzinin İncəsənət Qalereyası özünün “Balıq bürcü” adlı yeni layihəsini həyata keçirəcək.
Qədim zamanlardan balıqlar insan həyatında mühüm mədəni rol oynamışlar. Elə bir millət, elə bir sivilizasiya yoxdur ki, o , tarixdə balıq rəmzi ilə bağlı hər hansı bir iz qoymasın. Bu mövzu bütün dövrlərdə rəssamları əsərlər yaratmağa ilhamlandırıb. Bunlar təkcə heykəllər, rəsm əsərləri, zinət əşyaları deyil, həm də miflər, nağıllar və əfsanələrdir.
Layihədə İncəsənət Qalereyası bu maraqlı mövzunun dövrlərin əlaqələri baxımından mənasının və müxtəlif icra tərzində hazırlanmasının müasir quruluşunu təqdim edəcək. Bunlar bürclər, mifologiya, eposlar, əfsanələr və sairələrdir.
Layihənin özü, vizual sənət vasitəsilə tamaşaçılara insan qəlbinin bütün çalar sərhədlərini göstərmək imkanı verəcək, Çünki balıq simvolikası özündə müxtəlif, bəzən diametral əks mənaları birləşdirir. Müasir tamaşaçıya, rəssamların yaradıcı qavrayışı vasitəsilə özünü mənəvi varlıq hiss edən vahid fərdiyyət sistemi kimi həqiqi Mənəviyyatın formalaşdığı Balıq Dövrünü dərk etmək imkanı veriləcəkdir.
Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, kuklalar, batika və foto işləri nümayiş etdiriləcək.Vernisaj xüsusi olaraq bu layihə üçün hazırlanmış video-instalyasiya və filmlər ilə müşayiət olunacaq. Sərgidə təqdim olunan sənədli filmlər okean və onun sakinlərinin sirli dünyası, tarixin gizli saxladığı qədim Balıq rəmzinin mənası və s. haqqında danışacaqdır...
Sərgidə tanınmış sənətkarlardan – Rəşid İsmayılov, Bəyim Hacızadə, Mirnadir Zeynalov, Odtəkin Ağababayev, Məmmədkərim Quliyev, Arif Hüseynov, Siruz Mirzəzadə, Natiq Fərəcullayev, Eldar Babazadə, Nazim Yunusov,Gülarə Məcidova, Tatyana Ağababayeva, Miraslan Zeyn, İrina Eldarovanın, Nailə Banayevanın gənc rəssamlardan – Vüqar Əli, Emin Əskərov, Fərhad Yalquzaq, Nazim Şah, Nairə Rüstəmova, Samirə Qazıyeva, Anar Hüseynzadə, Eldar İbadullayev, Nigar Babayeva, Məmməd Rəşidov,Aydın Əskərov, Taleh Mirkazımov, Leyla Altunay, Rəhim Haşımovun və eləcə də yeni addım atanlardan – Ceyhun Dosiyev, Vüqar Quliyev, Diləfruz Bağırova, Həsən Həsənov və başqalarının əsərləri nümayiş olunacaq.
Azərbaycanda ilk dəfə su foto - studiyası təşkil edən fotoqraf Ruslan Məmmədov sənət sevərlərə öz yeni ultrabənövşəyi KAPA –TEX çap üsulu ilə çap edilən “Balıqçı qız” foto-kompazisiyasını təqdim edəcək. Müasir alman avadanlıqlarından istifadə kompazisiyanı tamamlayır.
Məşhur kukla ustaları Pərviz Hüseynov və İrina Qundorina ilk dəfə tamaşaçı mühakiməsinə çıxarılacaq kuklaları ilə deyil, habelə xüsusi ilə bu layihə üçün hazırlanmış dörd panno ilə də sərgidə xüsusi yer tutacaqlar. Onlardan üçü səthi balıq metafizika silsiləsinə daxildir. Bu AMARETTO DI SARONNO, Bombay SAPPHIRE CİNİ və BECHEROVKA-dır.
Sərgidə həmçinin panno şəklində işlənmiş “Üç Məhəbbət Mələyi” əsəri də nümayiş olunacaq.Onun üzərində gənc sevgi Mələyi, yetkin sevgi Mələyi və mənəvi sevgi Mələyi - üç mələk əks olunub. Mənəvi sevgi Mələyi rəsmin mərkəzindədir və digər obyektlərdən daha az parlaq işlənib. Mələklərin altında soldan sağa üzən balıqlar, kiçilən Ay fazası ilə sinxron vəziyyətdədir. Üç rəqəmi mələklər arasında əbədi münaqişəni simvolizə edir və özündə keçmişi, indini və gələcəyi ehtiva edir. Beş balıq - səyahət və təcrübə vasitəsilə əldə edilə bilən son nəticədəki riski simvolizə edir.
Sərgidə həmçinin, bu müəlliflərə xas ənənəvi olaraq art-obyekt qrotesk semiotikası üslubunda işlənmiş yarımillik əməyin məhsulu olan “Sualtı gəzinti” kuklası təqdim olunacaqdır. Bu, adətən parkda itlə gəzintiyə çıxmış insanı xatırladan xüsusi avadanlıqla təchiz olunmuş və okeanın dibində balıqla gəzən personajın adıdır. Əsər fərdi tamaşaçı münasibəti üçün nəzərdə tutulub və ümumi açıq izah xüsusiyyətlərinə malik deyil.
Layihədə "Günay" uşaq teatrı da iştirak edəcək. Bu dəfə onun iştirakçıları hamını sualtı aləminin personajları ilə təəccübləndirəcək və H.X.Andersenin "Su pərisi" nağılından parça nümayiş etdirəcəklər.
Sərginin təşkilatçıları “Balıq bürcü”altında doğulanların hamısını təbrik edəcək və rəssamlardan – Eldar Xalıqov, Hüseyn Haqverdiyev, İsa məmmədov, Niyaz Nəcəfov, Fərhad Yalquzaq, Vüqar Əli, Elçin Bünyatov, Nazim Məmmədov, Elmira Hüseynova, Günel Ravilova, Fərid Abdullayev, Ağdes Bağırzadə və baçqalarını xüsusi vurğulayacaqlar...
Və sonda sərginin bütün iştirakçı və qonaqlarını orijinal sürpriz gözləyəcək. İlk dəfə Azərbaycanda və məhz bizim sərgi qalereyasında uçan balıqlar «AİR SWİMMERS».
İdeyanın müəllifi və layihənin kuratoru - Muzey Mərkəzinin direktoru Liana Vəzirova
Bədii tərtibat - Vüqar Əli
Fotoqraf - Ruslan Məmmədov
Koordinatorlar - Pərviz Hüseynov, Müjgan Xalıqova
Musiqi müşayiəti – Şopen və Jan Mişel Jarrın əsərləri