Tatarıstan Respublikasının Təsviri Sənət sərgisi (Azərbaycanda Tatarıstan Mədəniyyəti Günləri çərçivəsində)
04.10.2008 - 06.10.20082008-ci il, oktyabrın 4-dən 6-dək Azərbaycanda Tatarıstanla bağlanmış mədəni müqaviləyə görə Bakı şəhərində Tatarıstan mədəniyyəti və incəsənəti günləri çərçivəsində müxtəlif konsert və sərgilər keçirilmişdir.
Şəhərimizə gəlmiş Tatarıstan Respublikası mədəniyyət işçilərinin nümayəndə heyətinə Tatarıstan Respublikası baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva başçılıq etmişdir.
Silsilə tədbirlər çərçivəsində Muzey Mərkəzində “Müasir Tatarıstan rəssamlarının əsərləri” sərgisi açılmışdır. Açılış mərasimində hər iki respublikanın nazirləri ilə bir yerdə nazir müavinləri, ziyalıların nümayəndələri və mədəniyyət xadimləri iştirak etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki mədəniyyətin yaxınlaşmasınının böyük əhəmiyyətini qeyd etdi və dedi ki, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq davam etdiriləcəkdir.
Tatarıstanın mədəniyyət naziri Zilya Valeyeva Azərbaycan rəhbərliyini və sərginin təşkilatçılarına qonaqpərvərlik üçün öz təşəkkürünü bildirmişdir.