“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalisi
12.12.2012 - 17.12.2012Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 11 dekabr 2012, 12:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
2012-ci il dekabr ayının 11-16 tarixində Bakıda “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.
2003-ci ildən etibarən Bakıda hər iki ildən bir keçirilən “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi artiq ənənə şəklini almış və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorları cəlb etmişdir. Həmin tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaratmış, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu vermişdir. Biennale haqqında müxtəlif media orqanlarında ətraflı məlumatlar yerləşdirilmiş, mütəxəssislər kütləvi informasiya vasitələri səhifələrində təhlil və araşdırma yazıları ilə çıxış etmişlər.
“Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan vermişdir. Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirmiş, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış etmişlər. 2007-ci və 2009-cu illərdə isə “Alüminium” Müasir İncəsənət Biennalesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında daha da geniş miqyasda təşkil olunmuşdur. 2012-ci il 11-16 dekabr tarixlərində Bakıda keçiriləcək biennaledə yenə də Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır.
Biennalenin mövzusu: ZAMANIN SİMALARI
“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin
K O N S E P S İ Y A S I
Biz birgə yaşayırıq. Sevirik, nifrət edirik, özümüzə kumirlər yaradır və onları gözdən salırıq. Yaxşılıq və ya yamanlıq etməklə bir-birimizə təsir edirik. Biz - cəmiyyəti təşkil edirik və bizlərdən birinin başına gələnlər digərlərinin də həyatının bir hissəsinə çevrilir. Biz bir-birimizə kömək göstərir və ya çətinliklər yaradırıq. Zaman dəyişildikcə biz özümüz də dəyişilirik. Sual yaranır: zamanı bizmi müəyyənləşdiririk? Yoxsa zaman özü bizi formalaşdırır?Zamanın siması – bizim simamızdır, bizim və kumirlərimizin siması. Onlar kimdir? – “Zəmanəmizin qəhrəmanları”? Siyasətçilər? Rəssamlar? Alimlər? Yoxsa valideynlərimiz? Dostlarımız? Bəlkə biz özümüz? Biz özümüzə kumirlər yaratmaqla özümüzə ahəngdar ideal yaratmış oluruq. Bizim zəmanə - bu bizik və hər birimiz üçün onun özünəməxsus obrazı vardır...
Biennalenin təşkilatçıları:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Rəssamlar İttifaqı
Yarat!” Yaradıcılıq Məkanı
Sponsorlar:
Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
Norveçin “STATOİL” Neft Şirkəti
Biennale çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaqdır:
1. Muzey Mərkəzinin Sərgi Qalereyası
2. “Yarat!” Müasir İncəsənət Məkanı
3. İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu
4. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonu
5. “ART SALON” Müasir İncəsənət Mərkəzi
6. “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi
7. “Abşeron” Qalereyası
8. “Qız Qalası” Qalereyası
9. ART Group
10. “KiçikQalART”
11. “Bakı” Qalereyası
12. “LN” İncəsənət Mərkəzi
13. “Baku Creative Centre”
14. “Art Council”
15. “Yay Gallery” Qalereyası
Biennalenin koordinatoru: Aida Mahmudova, “Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi
Biennalenin kuratoru: Dilarə Vahabova, sənətşünas və tənqidçi
Biennalenin direktoru: Qalib Qasımov, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri
İştirakçı ölkələr: Türkiyə, Fransa, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Litva, Norveç, Danimarka, İspaniya, Özbəkistan, Pakistan, Əfqanıstan, Mərakeş, Finlandiya, Cənubi Koreya.
Tədbirin bağlanış günü – 15 dekabr, saat 15:00-da Muzey Mərkəzinin konfrans zalında “Müasir incəsənət təcrübəsi bu gün” adlı konfrans keçiriləcəkdir. Konfransda Biennale iştirakçıları özlərinin əsas bədii layihələri və yaradıcılıq planları haqqında danışacaq, görülmüş işlər barədə öz fikir və ideyalarını bölüşəcəklər.
“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin
P R O Q R A M I
| Tədbirin adı | Məkan |
11 dekabr 11.00-12.00 12.00 15.00 18.30 | Mətbuat konfransı Biennalenin rəsmi açılışı. "YARAT!". Layihələrin təqdimatı Azərbaycan Rəssamlar İttifaqının Art Qallereyası.Layihələrin təqdimatı | Muzey Mərkəzi, Muzey Mərkəzi, Yusif Vəzir Çəmənzəmənli küç., 132 (Gənclik metrosunun yaxınlığı) Azərbaycan pr., 11/19 |
12 dekabr 15.30 16.30 17.30 18.30 | Ümummilli lider Heydər Əliyevin xatirəsinin anımı. Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubunun layihəsinin təqdimatı “Qız Qalası” Qalereyası. Layihə təqdimatı ART Council. Layihə təqdimatı | Ü.Hajibəyov küç.,38 İçərişəhər, İçərişəhər, Həsən Seyidbəyli küç, 1 |
13 dekabr 10.00 11.00 12.00 12.30 15.30 16.00 17.00 18.00 | “Abşeron” Qalereyası. Layihələrin təqdimatı “Yay Gallery”. “YARAT!” Təşkilatının layihəsinin təqdimatı Baku Creative Center. / BakU CREATİV Center Layihə təqdimatı Art Group. Layihə təqdimatı “Bakı” Qalereyası. Layihələrin təqdimatı “KiçikQalArt ”Qalereyası. Layihələrin təqdimatı “Yeni Galley”. Sərginin təqdimatı Azərbaycan Rəssamlar İttifaqı. V.Səmədova adına Sərgi salonu. Layihələrin təqdimatı | İçərişəhər, İçərişəhər, Həsən Abdullayev küç., 6 M.Muxtarov küç.,7 İçərişəhər, İçərişəhər, Ə.Əliyev küçəsi, 4/6 Xaqani küç.,19 |
14 dekabr 16.00 17.00 | Binə Mədəniyyət Evi Eva Кохun layihəsinin təqdimatı “Yanardağa” səyahət | Binə qəsəbəsi |
15 dekabr 10.00-13.00 15.00-18.00 | Bəzi sərgilərin demontajı "Müasir incəsənət təcrübəsidir bu gün" konfransı. | Muzey Mərkəzi, |