Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş «Fövqəladə hallar uşaqların gözü ilə» adlı II Ümumrespublika uşaq yaradıcılıq sərgi-müsabiqəsi
01.06.2012 - 03.06.2012Sərgi Qalereyası
Vaxt: 15:00
Təşkilatçı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
İyunun 1-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisi açıldı. Sərgidə 20 fevral 2012-ci il tarixli 012 nömrəli əmrinə əsasən 01 fevral 2012-ci il tarixindən 01 may 2012-ci il tarixinədək məktəblilər arasında keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” II Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş olundu.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə texnikasının modeli” nominasiyaları üzrə işlər təqdim olunmuşdur. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.
Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə355 rəsm, 218 plakat, 146 əl işi, 117 model və 82 yumşaq oyuncaq təqdim olunmuşdur. Müsabiqəyə təqdim olunan işlər Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyyəti tərəfindən qiymətləndirilmişdir. İştirakçıların 1-ci yer 20, 2-ci yer 23 və 3-cü yeri 27 nəfər tutmuş, 12 nəfər isə həvəsləndirici mükafatlara layiq görülmüşdür.
Sərginin ilk günü çərçivəsində müsabiqənin qalibləri elan olundu. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrə mükafatlandırıldı.Sərgi iyunun 1-dən 3-dək davam etdi.