“Mənim Azərbaycanım” müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi

28.03.2012

Akt Zalı
Vaxt: 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyi Analitik təhlil və proqram təminatı şöbəsi

28 mart tarixində Muzey Mərkəzində “Mənim Azərbaycanım” foto-müsabiqəsinin qaliblərinin mükafatlanma mərasimi keçirildi. Facebook.com sosial şəbəkəsində GoMap.az milli onlayn naviqatoru tərəfindən keçirilən müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir. Mükafatlanma mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev iştirak etmişdir. Foto-müsabiqənin keçirilməsində məqsəd Eurovision ərəfəsində Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır.
Müsabiqədə I yeri 8 019 səslə “Şəki şəhəri, Baş Küngüt kəndi” fotoşəklinin müəllifi Əliyev Nahid, II yeri 5 005 səslə “Şəmkir rayonundan indiki Muxtariyyə kəndindən Keçili kəndinə gedən yol.Arxeoloji qazıntılar” fotoşəklinin müəllifi Sübhan Cəbrayıllı, III yeri 3 629 səslə “Yardımlı rayonu” şəklinin müəllifi Kamil Mirəyev tutmuşdur.
Həmçinin Təşkilat komitəsi “Müsabiqənin ən aktiv iştirakçısı” və “Təşkilatçı rəğbətini qazanmış foto” nominasiyaları üzrə də əlavə olaraq qalibləri müəyyən etmişdir.
Qeyd etmək lazımdır ki, müsabiqədə 87 iştirakçı tərəfindən təqdim olunmuş 255 ədəd fotoşəkil iştirak etmişdir. Bu foto şəkillərə 34 672 rəy yazılıb və şəkillər ətrafında maraqlı müzakirələr aparılmışdır. Cəmi müsabiqə nəticəsində 532 611 nəfər şəbəkə istifadəçisi foto müsabiqənin səhifəsini ziyarət etmişdir.
Müsabiqədə iştirak edən foto şəkillərə aşağıdakı link vasitəsilə izləmək olar:
https://www.facebook.com/media/set/?set=a.298556193513561.60451.202578809777967&type=3