Azərbaycanın əməkdar rəssamı Fikrət Əhədovun 75 illik yubleyinə həsr olunmuş kino gecəsi
29.03.2012Akt Zalı
Vaxt: 17:00
Təşkilatçı: Dövlət Film Fondu
28 mart 2012-ci il tarixində Muzey Mərkəzinin Akt zalında Azərbaycanın əməkdar rəssamı Fikrət Əhədovun 70 illik yubleyinə həsr olunmuş kino gecəsi keçirildi.
İstedadlı kino rəssamı və gözəl insan Fikrət Əhədov 1937 –ci il martın 27– də Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıqdan incəsənətə böyük həvəs göstərdiyinə görə 1955 – ci ildə o , Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Gənc rəssam burada sənətin sirlərinə yiyələnir, “Dəmiryol təmirçiləri” diplom işi əla qiymətə layiq görülür. Bundan sonra Fikrət ali rəssamlıq təhsilini artırmaq üçün Moskvaya gedir və ÜDKİ – nin rəssamlıq fakultəsinə dxil olur. O, burada görkəmli sənətkar G.Myasnikovun emalatxanasında təhsilini artırır.
İnstitutu bitirdikdən sonra “Özbəkfilm” kinostudiyasında rejissor D.Səlimovun “Komandirin qayıtması” bədii filmində quruluşçu rəssam işləyir. Fikrət 70 – ci illərin əvvəllərində Bakıya qayıdır və onun “Azərbaycanfilm” kinostudiyasında ilk işi rejissor E.Quliyevin “Ən vacib müsahibə” filmində olur. O, bu filmdə geyim üzrə rəssam işləyir.
Bundan sonra F.Əhədov neçə - neçə böyük ekran və televiziya bədii filminin tərtibatını verir : “Gilas ağacı”, “Xatirələr sahili” , “Qeyri – adi ov ”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı” , “İlıq dənizdə buz parçası” , “Qoca palıdın nağılı”, “Şəhərli biçinçilər ” , “Kişi sözü”, “Alman klinikasına şəxsi səfər” , “Güzgü ” , “Bircəciyim”.
Fikrət həm də “Nəğməkar torpaq” film – konsertinin , “Bir gün axşam”, “Kürən”, “Yaramaz Kral” , “Şahzadə qız ” , “Ad günü” animasiya, bir neçə sənədli və elmi – kütləvi filmin rəssamı olmuşdur.
F.Əhədov tanınmış kino rəssamı Firəngiz Qurbanovanın həyat yoldaşıdır. Onun oğlu Cavid və gəlini Zema xanım da rəssamdır.
İstedadlı rəssam F.Əhədov 1994 – cü il noyabrın 2 – də Bakıda vəfat etmişdir.