"2012-ci il üçün Azərbaycanın Xalq Yaradıçılığı Paytaxtları" təqdimat mərasimi

16.03.2012

Akt Zalı
Vaxt: 15:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Mədəni siyasət şöbəsi

Azərbaycan xalqınınn qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən uhikal bəşəri fenomedir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşunaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.
Belə ki, sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılmışdır. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur.
Aparılan islahatların davamı olaraq, hazırda "Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reysteri"nin hazırlanması, qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və sair) portfolio bankının "Azərbaycan qeyri-maddi mədəni irsinin ifrastruktur vahidlərinin Dövlət Kadastrı"nın yaradılması, "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" pilot layihəsi , "Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları"nın təşkil edilməsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür.
Qeyd edilənlərdən başqa, "Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi" və "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı" Pilot layihələri həyata keçirilmişdir.
Göstərilənlərdən əlavə, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılğı Paytaxtları" Proqramı təsdiq olunmuşdur. Proqramla əlaqədar 2012-ci il üçün Gədəbəy şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı" , Masallı şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Quba şəhəri " Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilmişdir.
Bu münasibətlə cari ilin 15 mart tarixində Bakı şəhərində yerləşən Muzey Mərkəzində 2012-ci il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçirildi.Məsələ ilə əlaqədər Gədəbəy, Masallı və Quba rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.