“Brahma Kumaris Sankt-Peterburq mərkəzi” regional mədəni-maarif ictimai birliyinin direktoru ilə görüş-dialoq “Mədənyyətin intibah dövrü”
10.09.2011Akt Zalı
Vaxt: 12:00
Təşkilatçı: “Brahma Kumaris Sankt-Peterburq mərkəzi” regional mədəni-maarif ictimai birliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi – Dənizkənarı bulvarın yaxınlığında yerləşən Bakının ən gözəl binalarından biridir. Onun akt zalında MDB ölkələrinin mədəniyyət nazirlərinin müşavirəsi, Azərbaycan Mədəniyyət Nazirliyinin Avropa Şurası ilə birgə müşavirəsi, Mədəniyyət Nazirliyinin və YUNESKO-nun beynəlxalq konfransı və s. kimi tədbirlər keçirilmişdir. 10 sentyabr 2011-ci il tarixdə burada “Mədəni İntibahın zəruriliyi” mövzusunda görüş-dialoq keçirilmişdir. Tədbirin fəxri qonağı və əsas məruzəçisi qismində Azərbaycan qadınları Cəmiyyətinin dəvəti ilə Bakıya təşrif buyurmuş Sankt-Peterburqun Braxma Kumaris Mərkəzinin direktoru Didi Santoş çıxış etdi.
Son onilliklər ərzində məişətimizə “qlobal mədəniyyət” ifadəsi möhkəm şəkildə nüfuz etmişdir. Bizim az-çox Azərbaycan, gürcü, rus mədəniyyəti haqqında anlayışımız var, bəs qlobal mədəniyyət nədir? Əgər bir insan müəyyən bir ərazidə yaşayırsa, mədəniyyəti hətta yaxın qonşularının mədəniyyətindən kəskin şəkildə fərqlənirsə, o, yer üzündəki insanlarla olan mədəni qohumluğunu necə duyub hiss etməlidir? Və milli mədəniyyət xüsusiyyətləri ilə digər mədəniyyətlərin mənə təklif etdiklərinə olan dözümsüzlük arasında demarkasiya xətti haradan keçir? Bu gün bu sualların aktuallığı ən yüksək səviyyədə dərk edilir.
Bir çox ölkələrin gündəmində müxtəlif etnik, mədəni və dini cəmiyyətlər arasında harmonik mühit yaratmaq məsələləri dayanır. Bu məsələlər bu gün 100-dən çox ölkədə fəaliyyət göstərən, insanlar və xalqlar arasında sülh şəraiti və qarşılıqlı anlayışın formalaşması yolunda BMT və YUNESKO ilə fəal əməkdaşlıq edən Braxma Kumaris mərkəzlərinin mədəni-maarif fəaliyyətində əsas yerlərdən birini tutur.
Muzey Mərkəzinin direktoru Liana Vəzirova deyir: “Bizim bu gün burada yığışmağımız – böyük xoşbəxtlikdir. Bizim şəhəri öz qeyri-adi səmimiliyi və məhəbbəti ilə doldurduğuna görə Didi Santoşa minnətdaram. Biz “necə olmalıyıq” haqqında çox danışa bilərik. Seminarlar, konfranslar keçirə bilərik və s. Lakin ən çətini – ürəyin hökmü ilə hərəkət etməkdir. Çox vaxt biz qorxu içində oluruq, biz yaxşılıq etməkdən qorxuruq. Bəzən buna bizim təhsilimiz və hətta mədəniyyəti özünəməxsus dərk etməyimiz mane olur. Biz həmişə öz qəlbimizin səsini dinləməliyik. O, bizi heç vaxt aldatmaz. Biz bir-birimizi sevməliyik. Əgər bizdən biri olduğu yerdə hər-hansı bir yaxşılıq edərsə - gül əkərsə, xoş bir söz deyərsə, - bu bizim hamımıza xoş olar”.
Hindi dilində “mədəniyyət” sözünün etimologiyası haqqında danışan Didi Santoş, bunun timsalında müxtəlif mədəni cəmiyyətləri birləşdirən nöqtənin nəyin olacağını nümayiş etdirdi: “Biz nail olmaq istədiyimiz mədəniyyətin nə cür olduğu haqqında özümüzə sual verməliyik. Məqsəd elə tam aydın olmalıdır ki, ona nail olmaq üçün konkret addımlar ata bilək. Hindi dilində mədəniyyət – sanskritidir. Yəni mədəniyyət anlayışı özündə ilk növbədə insanların xarakter, temperament, şəxsiyyət tiplərinin (sanskar adlanan) aspektlərini ehtiva edir. Sanskarlar necədirsə mədəniyyət, sanskriti də o cür olacaq. Mədəniyyət necədirsə, dünya, sansar da o cür olacaq. Sanskarlar – olduğum mühitdən asılı olmayaraq məndə özünü büruzə verən anadangəlmə xüsusiyyətlər, vərdişlər və meyllərdir. Biz, insanlar, çox fərqliyik, lakin bizim meyl və niyyətlərimizdə ümumi cəhətlər də vardır. Bizim daimi ehtiyacımız, bizim daimi daxili səylərimiz – özümüzə və ətrafımızdakı insanlar üçün sülhə, səadətə, məhəbbətə olan meyllərdir.
Hər hansı bir ölkənin müqəddəs yazılarını, ədəbiyyatını, rəssamlığını, musiqisini, rəqsini götürün – bütün bunlarda məhz bu hiss əks olunur. Biz azərbaycanca, rusca, ingiliscə və ya hər hansı bir başqa dildə danışa bilərik, amma danışdıqlarımızın məğzi olduğu kimi qalacaq: biz hamımız sülh şəraitində yaşamaq, xoşbəxt olmaq istəyirik. Biz özümüzü maddi varlıq kimi deyil, ruhi və mənəvi varlıq kimi dərk edəndə, biz hər bir kəsin daxilində müsbət bir özəyin olduğunu hiss edə biləcəyik. Heç kəs istisna deyil! Bəziləri bunu ilahi varlıq, bəziləri əzəli saflıq adlandırır. Bu həm də pak, həqiqi mədəniyyətdir. Harada olacağıqsa olaq, bu pozitiv daxili mədəniyyət bizimlə birgə olduğumuz yerə hərəkət edəcək. Müxtəliflik arasında birliyə nail olmaq üçün əsas məhz odur.
Bütün bəşəriyyət üçün vahid mədəniyyət mümkündürmü? Bəzən biz bundan qorxub çəkinirik. Hər hansı bir amorf mədəni kütləsində əriyərək, özümüzə xas olan xüsusiyyətləri itirmək qorxusu ilə üzləşirik. Lakin vahidlik prinsipi müxtəlifliyi inkar etmir. Bəşəriyyət ağaca bənzəyir: ağacın rişəsi, gövdəsi və budaqları, yarpaqları, gül və meyvələri var. Gövdə ilə rişə heç də eyni deyil. Güllər yarpaqlardan fərqlidir. Bununla belə bu vəhdətdir; ağac – bötüvlük, tamlıqdır. Bəs bəşəriyyət Ağacını hansı şərtlə dəyərləndirməyə qadirik? Bu yalnız görünməyən, yəni Ağacın böyüməsinə səbəb olan toxum haqqında düşündüyümüz zaman mümkündür. Uca Tanrı – iri Dünya Ağacının toxumudur, və əgər biz Onu xatırlayıb, onun məsləhətləri ilə yaşayırıqsa, deməli biz də O xəlq etdiklərini sevdiyi kimi bütün insanları sevməyə başlayırıq. O zaman biz bu Ağacın həm qəribə bütövlüyünə, həm də onun ayrı-ayrı hissələrinin qeyri-adiliyi və təkrarolunmazlığına heyran olmaq iqtidarında oluruq”.