Rəssam Marqarita Kərimova-Sokolovanın 70 illik fərdi yubiley sərgisi
25.10.2011 - 29.10.2011Sərgi Qalereyası
Təntənəli açılış: 25 oktyabr 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Muzey Mərkəzinin Sərgi Qalereyası
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tanınmış rəssam Marqarita Kərimova-Sokolovanın miniatür silsiləsindən ibarət “100 AN” adlı sərgisi keçiriləcəkdir. Sərgi rəssamın yubileyinə həsr olunur.
Həyat tarixçəsi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tanınmış rəssam Marqarita Kərimova-Sokolovanın miniatür silsiləsindən ibarət “100 AN” adlı sərgisi keçiriləcəkdir. Sərgi rəssamın yubileyinə həsr olunur.
Həyat tarixçəsi
Ötən əsrin ortalarında cərəyan edən coşqun hadisələr arasında Marqarita Kərimova-Sokolovanın uşaqlığının kiçik adası mövcuddur. Rəssam etiraf edir ki, onun həyatı iki tərkib hissədən ibarətdir: ulu babası, tanınmış rəssam İvan Sokolov və “Baron Münhauzen, bəli, həyat obrazına görə həmin baron – həm fantaziyalarda, həm də real həyatda. Və bu insan sözün əsl mənasında özünü “hörüyündən tutub bataqlıqdan çıxarar, mümkün olsa hətta atı ilə birgə”.
Marqarita Kərimova-Sokolovanın ailəsində çoxlu məşhur adlar olub. Ulu babası, XIX əsrdə olduqca məşhur olan Rus janr ustası İvan Sokolov İmperator Rəssamlıq Akademiyasını bitirmiş və özünün “Zaqafqaziya silsiləsi” işlərinə görə Roma Akademiyasının mükafatına layiq görülmüşdür. Baltikyanı baronessaları Fon Ram və Fon Rozenin adları Rus zadəganlarının genealogiya soraq kitabçasına daxil edilmişdir. Onun ailəsinin zəmanənin ən məşhur insanları ilə əlaqələri vardı. Marqaritanın özü sovet dövrünün ən mükəmməl rəssamlıq məktəbləri olan İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyası və məşhur V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təcrübə keçmişdir. O, SSRİ və Azərbaycan Rəssamlar İttifaqının, YUNESKO Dünya Federasiyasının və Rusiya İncəsənət Akademiyası beynəlxalq bədii fondunun üzvüdür. Bu qadın nadir zəkaya və lətafətə, görmək, anlamaq, şəfqət göstərmək və sevmək bacarığına malikdir. Marqarita xanımın Azərbaycanda rəssam və bir şəxsiyyət kimi formalaşmasında onun valideynlərinin, həmkarlarının, dostları və həyatda rast gəldiyi digər insanların böyük rolu olmuşdur. Marqarita xanım 1995-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və çalışır. Lakin ürəyi daim Azərbaycanla döyünən Marqaritanın yaradıcılığı 1966-cı ildən Bakı şəhərində başlayır və bü günə kimi də Azərbaycanda davam edir.
Yeni ekspozisiya “100 AN” adlanır. Sərgi üç hissədən ibarət silsilələrdən ibarətdir: “Gül düsturları”, “Həvva” və “Karnaval Dünyası”.
“Gül düsturları”
“Gül düsturları” ideyası sizdə necə yarandı?- Təqdimat mərasimlərində, premyeralarda, ad günlərində mənə hamı gül bağışlayırdı: gül dəstələri və səbətləri, qucaq dolu güllər. Yarısını mən dostlarıma bağışlayırdım, amma yenə də güllərin böyük bir hissəsi evimdə qalırdı. Onlar öz duruşlarında qürurlu və heyrətamiz idilər və vaxt keçdikcə çiçək açır, sevindirir, solur, bürüşür və... ölürdülər. Həyatın bütün bu mərhələləri bir gül ömrünün düsturudur. Mən onların bütün hallarını müşahidə etmişəm və rəsmlərimdə canlandırmışam – həyat və ölümün plastik gözəlliyi.
Beləliklə ,“Gül Düsturları” əmələ gəldi.
Həvva haqqında hər şey
Adətən klassiklər Həvvanı cənnətdən qovulduğu faciəvi anda təsvir edirdilər. O Həvvanı ki, icazə verilmiş cizgini keçmişdi. Amma Marqaritanın Həvvası digərlərindən fərqlənir. O gənc və nöqsansızdır, o hələ günaha düşməmiş və Tanrının qəzəbinə düçar olmamışdı. O, hələ həyatdan həzz alır və özü-özünədir ... Amma hər şey tədriclə qaynamağa başlayır...
“Həvva” silsiləsi zərif və incə incəsənət nümunəsidir. Əlvan və dərin akvarel, hava kimi yüngül və gözlənilməyən quaş. Marqarita öz nüansları, rəng və əhval-ruhiyyəsi ilə balans və vəhdətə çatmaq istəyir. Və məhz vizual olaraq, təsir edir və emosional münasibətə səbəb olur. Burada əsas sözlər – incəlik, təfsilat, detal, spiral və zəriflikdir. Və miniatürlərin lakonik adları da Həvvanın hekayəsinə uyğundur – “Seyr”, “Təlaş”, “Sevgini Duyma”, “Sevgi Burulğanı”, “Sevgi Səhəri” və “Sonsuzluq Burulğanı”- Bibliya qəhrəmanları haqqında əfsanələrin adları kimi.
“Ah, Karnaval, Karnaval”
Şekspirin məşhur “bütün dünya teatrdır” sözləri – “Karnaval Dünyası” silsiləsindən olan miniatürlərin ekspozisiyasının məkanında yaranan həmin təəccüblü təəssüratı təsvir edir.
Təbii ki, bu parlaq intibah dövrü idi. O zamanın şəxsiyyətləri öz üzərində Tanrının nəzərini və dünyanın diqqətini hiss edirdilər və bu hiss onlarda özünə rəğbət hissini törədirdi. Məhz belə insanlar ədəbiyyatda, heykəltəraşlıqda və musiqidə mədhiyyələr yarada, belə əzəmətli saraylarda yaşaya və belə fövqəladə kostyumlar geyinə bilirdilər və Marqarita bütün bunları öz karnaval silsiləsində əks etdirir. Onun qəhrəmanları da təsadüfi olaraq ədəbiyyat qəhrəmanlarının adlarını daşımırlar – Kazanova, Horasio, Kapuletti, Kolombina, Pantolone, Ardeliya, Çintsio və iki ağanın əbədi nökəri və dünya ədəbiyyatının ən hiyləgər qəhrəmanı Arlekin...
İncəsənət sadəcə düz səth üzərində rənglərin, işığın və formaların vəhdətidir. Amma əsl rəssam ona məna qata bilir və incəsənəti çoxtəbəqəli edir, lap Marqaritanın karnavalı kimi. Onun incəsənəti səhnələşdirmə ilə doludur – obrazların gözqamaşdırıcı parlaqlığı, ilhamın mütərəddid atmosferi, tamaşanı əhatə edən sirr, əcaib əşyalardan ibarət mühit, fövqəladə kostyumlar. Marqaritanın artistizminin əsas cəhətləri parlaqlıq və cəsarətdir və onun özü də burada “Gecənin Kraliçası” rolunda çıxış edir. Və bütün bunların üzərində Sevgi zəfər çalır, azad, gözəl, əlçatmaz, çağırıcı, gözalıcı Sevgi...
Ədəbiyyat və incəsənət cərəyanları bir araya gəlmiş və “100 AN” sərgisini meydana gətirmişdir. Press-relizdə Nadejda İsmayılovanın “Maskaların benefisi” adlı məqaləsindən istifadə edilmişdir. Sərgi 29 oktyabra qədər davam edəcək.