Müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Yayın rəngi” adlı sərgi
20.06.2011Sərgi Qalereyası
Vaxt: 20 iyun tarixindən
Təşkilatçı: Muzey Mərkəzinin Sərgi Qalereyası
Sərginin müəllifi və kuratoru – Muzey mərkəzinin direktoru Liana Vəzirova
Muzey Mərkəzinin Sərgi Qalereyası tərəfindən təşkil edilmiş yaya həsr olunan bu sərgi sayca üçüncüsü idi. (birinci- “Yay İmpressiyası” - 2008-ci il, ikinci “Yay Vernisajı” - 2010-cu il.) Qeyd etmək istərdik ki, “ İlin fəsilləri” silsiləsinə - “Payızın rəngləri” (2006), “Bahar.Qadın.Məhəbbət.” (2007), “Yay İmpressiyası” (2008), “ Qış Harmoniyası” (2008) sərgiləri daxildir. Vernisajların əsas seriyalarının təbii davamına çevrilmiş sərginin mövzusu həcmli obrazların həyatiliyi, hisslərin tüğyanı, Abşeron təbiətinin rəngləridir.Muzeyə gələnlərin hər biri rəssamların işlərinə baxarkən yay mövsümünün bütün gözəlliklərini daha dərindən hiss edə bilərdi. Şəhərin səs-küyündən sonra xüsusi işıq və xüsusi sakitlik saçan Xəzərin və parlayan səmanın, nəhəng dağların və zümrüd meşələrin rəsmləri olan Muzey zalına daxil olarkən belə bir hiss yaranırdı ki, sən haradasa başqa bir dünyadasan. Zalda hər şey Abşerondan xəbər verirdi – isti, dəniz və günəş şüaları. Muzeyə gələnlər yay gününün səsləri altında incəsənət aləminə baş vuraraq, quşların nəğmələrini eşidərək, təbiətin gözəlliyindən zövq almaq imkanına sahib idilər. Rəssamlar sərginin ziyarətçilərinə yaxşı əhval-ruhiyyə bağışlamağa və bizim torpağımızın böyüklüyünü yada salmağa çalışmışdılar. Sərgidə aralarında rəsm əsərləri, konseptual kukla və heykəllər olan onlarla rəssamın yüzdən çox işləri təqdim olunmuşdu. Muzey Mərkəzi Arzu Rzayevin koloritli işlərini, İrina Eldarovanın əsrarəngiz əsərlərini, Fərhad Yalquzağın mistik əsərlərini, Vüqar Əlinin rənglə zəngin kətanlarını, Nairə Rüstəmovanın parlaq əsərlərini, Eldar Qurbanovun fantastik işlərini, Pərviz Hüseynov və İrina Qundorinanın kuklalarını və s. təqdim etmişdi. Onların əsərlərində bədii üslublar və cərəyanlar öz uzlaşmasını tapmışlar və müxtəlif baxışların bu birləşməsi eyni zamanda sərgiyə gələnlərə çox da böyük olmayan məkanda təsirli formada təqdim olunmuş rəsm əsərlərindən kifayət qədər təəssürat hiss etməyə imkan verirdi.Muzeyin foyesində binanın bütün mərtəbələrini bəzəyən orijinal şüşə heykəllər o saat diqqəti cəlb edirdi. Onların müəllifi – heykəltəraş Məmməd Rəşidovdu. “Yayın rəngləri” sərgisində onun çox əsərləri təqdim olunub, amma onlardan ən parlağı “Qırmızı balıq”dı. Əsası odur ki, bütün heykəllər şəkillərlə uzlaşırdı.
Rəssam Arzu Rzayev əsərlərində uydurulmuş deyil öz gözləri ilə gördüyü mənzərələri çəkmişdi.Rəssam Fərhad Yalquzağın parlaq işləri də diqqəti cəlb edirdi. O qeyd edir ki, işlər çətinliklə deyil zəhmətlə başa gəlir: Bəzi işlər çox asanlıqla yaranır. İlham gəlir, rəssam fırçanı götürür və çəkməyə başlayır. Amma elə də olur ki, saatlarla, günlərlə, aylarla molbertin qarşısında oturursan, baxırsan və heç nə alınmır. Əgər ziyarətçi əsərə yaxınlaşır və laqeyd qalırsa, iş onu cəlb etmirsə demək rəssam bütün gördüklərini gerçəkliklə əks etdirə bilməyib, əsəri daha tez başa çatdırmağa tələsib. Hər bir rəsm əsəri cəlb etməlidir, təəssüratlar və hisslər oyatmalıdır. Rəssam əsərə ilhamını, enerjisini və rəngləri qoymalıdır. Onun bu sərgidə nümayiş etdirilən üç əsərində balıqlar təsvir olunub. O, hətta özünün “niyə məhz balıqlar?” sualına cavab tapa bilmir. Doğrudur, bəlkə ona görədir ki, o Balıq bürcü altında dünyaya gəlib? Onun əsərlərinin çoxu mifologiya, mistika və folklorla bağlıdır. Məhz bu cərəyan sərginin mövzusu ilə çox gözəl uzlaşırdı. Dəniz, günəş və balıqlar bütövlükdə sərgiyə qeyri-adi çalar verirdi.
Rəssam İrina Eldarova:
- Rəssam üçün ən əsası odur ki, sərginin ziyarətçisi zaldan yaxşı əhval-ruhiyyə ilə çıxsın. Əsər insanların yaddaşında qalmalı, qəlblərinə yol tapmalıdır. Bizim ölkəmizdə müxtəlif salon və qalereyalarda sərgilər keçirilir, amma Muzey mərkəzi əsərlərin bacarıqlı seçimi ilə fərqlənir və mərkəzin keçirdiyi hər bir sərgi tamaşaçıların hafizəsində uzun müddət qalır.
Sərgi iştirakçılarının siyahısı:
1. Yavər Sultanov
2. Nazim Bəykişiyev
3. Eldar Qurbanov
4. İsa Məmmədov
5. İrina Eldarova
6. Hüseyn Haqverdiyev
7. Əmrulla İsrafilov
8. Sənan Səmədov
9. Natiq Fərəcullazadə
10. Pərviz Hüseynov – kukla ustası
11. İrina Qundorina – kukla ustası
12. Darvin Vəlibəyov
13. Arzu Rzayev
14. Emin Əskərov
15. Anar Hüseynzadə
16. Adil Yusufov
17. Nairə Rüstəmova
18. Niyaz Nəcəfov
19. İlahə Zeynalova
20. Məmməd Rəşidov - heykəltəraş
21. Fərhad Yalquzaq
22. Leyla Nəsibova
23. Vüqar Əli
24. Rəşad Cabbarov
25. Nazim Şah
26. Nərmin Quluzadə