Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş sərgi-seminar

05.05.2011 - 06.05.2011

Sərgi Qalereyası
Açılış vaxtı: 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi

2011-ci il, 5-6 may tarixlərində Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminar keçirilmişdir.
Sərgidə 50 rayondan 70-dən çox müəllifin 150-dək əl işi nümayiş olunmuşdur. Sərgi-seminarda rəngkarlıq və qrafika əsərləri, habelə, xalça və xalça məlumatları, nəqqaşlıq, heykəltəraşlıq, bədii tikmə, təkəlduz və digər tətbiqi sənət nümunələri nümayiş etdirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, səfirliklərin və müxtəlif təşkilatların nümayəndələrinin də iştirak etdiyi sərgi-seminarda ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə və incəsənətimizə göstərdiyi hədsiz diqqət və qayğıdan söhbət açılmışdır.