Q.Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində “Karlhayns Ştokhauzenin dünya teatrı” filminin təqdimat mərasimi

05.04.2011

Akt Zalı
Vaxt: 10:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi (Musiqi şöbəsi)

5 aprel, 2011-ci il tarixində Muzey Mərkəzində Q.Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində “Karlhayns Ştokhauzenin dünya teatrı” filminin təqdimat mərasimioldu. 1984-cü ildə Qərbi Almaniya radiosu (WDR) şirkəti tərəfindən çəkilmiş ekran əsəri XX əsrin dahi bəstəkarlarından olan Karlhayns Ştokhauzenə həsr olunub.
Təqdimat mərasimində K.Ştokhauzen yaradıcılığının tədqiqatçısı Arina Kritskaya bəstəkarın həyat və yaradıcılığından, dünya musiqi xəzinəsinə bəxş etdiyi ölməz sənət əsərlər haqqında fikirlər səsləndirib. Çıxış edənlər K.Ştokhauzenin hələ ötən əsrin 60-cı illərində dünya musiqi sənətinin qeyri-adi istedada, güclü potensiala malik şəxsiyyətlərindən biri kimi tanındığını və ömrünün sonunadək bu məşhurluğu qoruduğunu diqqətə çatdırıblar.
A.Kritskaya yeddi operadan ibarət “İşıq” heptologiyası bəstəkarın ömrünün 25 ilindən çoxunu sərf edərək ortaya qoyduğu və yaradıcılığının son dövrünü əks etdirən şah əsəri olduğunu çıxışında önə çəkib. Filmdə musiqi avanqardının sayca ikinci-”Şənbə” operası təqdim olunur. Silsilənin dramaturgiyasına görə, şənbə Lusiferin günüdür. Lusifer həm silsilənin, həm də mistik və kosmik qüvvələrin üç əsas personajından (Yeva və Mixael) biridir. K.Ştokhauzenin mifologiyasında Lusifer “təmiz ruh”un varlığını təsdiqləyir və istənilən növ maddi mövcudluğu inkar edir.
Təqdimat mərasimində həmçinin, K.Ştokhauzen yaradıcılığının tədqiqatçısı Arina Kritskaya bəstəkarın dünya musiqi xəzinəsinə bəxş etdiyi ölməz sənət əsərlərindən danışıb.