Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində elmi-praktik konfrans

04.04.2011

Akt Zalı
Vaxt: 10:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi (Musiqi şöbəsi)

2011-ci il, aprelin 4-də Muzey Mərkəzində Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində elmi-praktik konfrans keçirildi.
Konfransda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin bu sahədəki əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə bəxş etdiyi ölməz sənət əsərlərindən ətraflı danışıldı.
Rusiyalı musiqişünas alim Rauf Fərhadovun sədrliyi ilə keçən konfransda “Qara Qarayev: XXI əsrdən baxış”, “Karlhayns Ştokhauzenin səs dünyasında gestalt problemi”, “Musiqidə intertekstual problemlərə dair”, “Messiaen: XXI yüzilliyin bəstəkarı” və digər mövzularda məruzələr səsləndirildi. Azərbaycan adına və musiqisinə dünya şöhrəti bəxş edən şəxsiyyətlər arasında böyük bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin xüsusi yeri bir daha diqqətə çatdırıldı.
Konfransda müasir musiqinin elmi və nəzəri üslubları, bu üslubların inkişaf mərhələləri və bu inkişafa təkan verən amillər, belə musiqilərin geniş dinləyici auditoriyası qazanmasının sirri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edənlər həmçinin təşkil olunan belə festivalların sənət adamlarının, bəstəkarların, musiqi nəzəriyyəçilərinin yaxından tanış olması və gələcəkdə yeni layihələrin hazırlanmasına əsaslı zəmin yaratdığını diqqətə çatdırıblar.